AVMVİB Suraxanı rayon şöbəsindən üzvlüyə qəbul

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bir qrup döyüşçünün üzvlük üçün müraciətinə baxıldığını və müsbət həll etdiklərini bildirib.

AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bildirdi ki, bu gün tərxis olunaraq geri dönən əsgərə yanaşma tərzi dəyişməlidir. Bu problem bizə tanış olduğuna görə AVMVİB-nin göstərişiylə kimsədən heç nə ummadan müharibədə iştirak etmiş döyüşçülərimizin cəmiyyətə adaptasiya edilməsi istiqamətində işlər görməyə çalışırıq. Aidiyyatlı qurumlar bu problemə diqqət və vaxt ayırmalıdırlar. İndidən hər kəs öz yaxasını kənara çəkir. Amma geri dönən əsgərin cəmiyyətə adaptasiya olunmasına hər birimiz dəstək olmalıyıq. Biz öz imkanlarımız hesabına bizlərə tanış olan bu problemin həllində də yardımçı olmaq istəyirik. Lakin bu gün bəziləri problemin həllinə deyil, dərinləşməsinə yönələn iyrənc bir bölücülük siyasəti yürüdürlər. «Köhnə şəhid», «yeni şəhid», «köhnə veteran», «təzə veteran». Nə veteranın, nə də şəhidin köhnəsi, təzəsi olmur.

AVMVİB Suraxanı rayon şöbəsinə müraciət edən gənc müharibə iştirakçıları Birlik üzvlüyünə qəbul ediliblər. Onlarla geniş söhbətlər aparılıb və veteranların ən ümdə vəzifəsinin daim dövlətimizin yanında olmasının nədənləri izah edilib.

AVMVİB-yə yeni üzvlərin qəbuluyla bağlı mərasim keçirilib və üzvlük vəsiqələri verilib.

Sıralarımıza xoş gəldiniz!

Elnur Səlim

Bu xəbəri paylaşın: