Rusiya lideri Yunanıstana getməyəcək

Rusiya Prezidenti Vladimir Putin Yunanıstan inqilabının 200 illiyi şərəfinə martın 25-də hərbi paradın təşkil ediləcəyi Afinaya getməyi planlaşdırmır.

Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.


“Xeyr”, — Peskov Putinin martın 25-də Afinaya səfər esib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Yunanıstan müdafiə naziri Nikos Panayotopoulos Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Şahzadəsi Çarlzı — ölkəsinin azad edilməsində əməyi olan üç ölkənin liderləri və nümayəndələrini hərbi parada dəvət etmişdi.

Fransa liderinin parada qatılacağı açıqlanıb.

Bu xəbəri paylaşın: