GENERAL ZAUR RZAYEVİN ANIM GÜNÜDÜR…

Azərbaycan Silahlı Qüvvələrinin generalı, keçmiş sovet ordusunun N saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissədə komandiri GENERAL ZAUR RZAYEVİN ANIM GÜNÜDÜR…

1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirəndən sonra leytenant rütbəsi alaraq Almaniyadakı SSRİ ordusunda xidmətə göndərilib.

Daha sonra 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olmuş və 1975-ci ildə oranı bitirmişdir. Oradan isə Zaqafqaziya Hərbi Dairəsinə alay komandirinin müavini, sonralar isə Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedranın müdir müavini vəzifəsinə göndərilmişdir.

Burada isə polkovnik rütbəsinə ucalan Zaur Rzayev kafedra rəisi vəzifəsinə təyin edilmişdir.

1991-ci oktyabrın 9-da bilavasitə özününun şəxsi təşəbbüsiylə yaratdığı «I batalyon» kimi tanınan, Azərbacan Silahlı Qüvvələrinin ilk N saylı hərbi briqadasının komandiri kimi Qarabağa döyüş bölgəsinə getmişdir.

1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsinə, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik etmişdir. Yüksək sərkərdəlik məharətinə və döyüş bacarığına görə 1992-ci il oktyabrın 19-da Əbülfəz Elçibəyin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb.

Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü il iyunun 16-da isə Cəbhə komandanı, müdafiə nazirinin I müavini vəzifəsinə təyin olunub.

1993-cü il avqustun 29-da Beyləqan yolunda müəmmalı səbəblərdən avtomobil qəzasına düşərək, başından ağır xəsarət almış və 3 ay hərbi hospitalda müalicə olunmuşdur.

29 yanvar 2010-cu il tarixdə Zaur Rzayev 72 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Allah rəhmət eləsin!

Leyla Həsənova

Bu xəbəri paylaşın: