Ermənistanda baş verənlər əldə olunmuş razılaşmaya təhlükə törətmir — Peskov

«Ermənistanda baş verənlər hələlik Qarabağa dair əldə olunmuş razılaşmanın həyata keçirilməsinə təhlükə törətmir».


Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitriy Peskov mətbuat konfransında bildirib.


Kreml rəsmisi həmçinin Ermənistandakı hadisələrə baxmayaraq Qarabağ razılaşmasının yerinə yetirilməsi yolu ilə irəliləməyin zəruriliyini qeyd edib.

Bu xəbəri paylaşın: