Balakən rayonu İcra Hakimiyyətinin Başçısı İslam Rzayevin rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının Anım mərasimi keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.
A. Abdullayev bildirib ki, tarixi düşmənlərimiz olan ermənilərin yalnız Azərbaycana deyil, bəşəriyyətə qarşı törətdiyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar pandemiya qaydaları gözlənilməklə rayonun veteranları tədbirdə iştirak ediblər. Ənənəvi olaraq Balakənli veteranlar Xocalı şəhidlərinin əziz xatirələrini yad ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim

Bu xəbəri paylaşın: