Koronavirus statistikası — 500 min yoluxma

Dünya üzrə koronavirusa yoluxanların sayı 500 min nəfəri ötüb.  

Koronavirusun göründüyü və qeydə alındığı ölkələrə aid ÜST-ün verdiyi statistik məlumatlara əsasən, son olaraq dünyada 503 min 219 nəfər bu virusa yoluxub. 

Artıq 22 min 340 nəfər bu xəstəlikdən dünyasını dəyişib. 121 min 227 nəfər isə yenidən sağlamlığına qovuşub.  

Dünya üzrə ən çox yoluxma halı virusun mənbəyi hesab olunan Çində bu virusa 81 min 285 nəfərin yoluxması, ən çox ölüm halı isə İtaliyada 7503 nəfər olaraq qeydə alınıb.  

E. Səlim

Bu xəbəri paylaşın: