Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.
Fedai.az xəbər verir ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Həmçinin, Bakı metrosu üçün xüsusi karantin rejimi dövründə yeni iş vaxtı müəyyən edilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.
