“Biz bir nəfər kimi Heydər Əliyev və İlham Əliyev dəyərlərinə borcluyuq və elə də olmalıdır”.
Bu sözləri AMEA-nın rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının VII qurultayında jurnalsitlərə açıqlamasında deyib. Daha sonra da bu gün haqqında çöx danışılan xainləri öz ətrafında birləşdirən 5-ci kolon haqqında deyilənlərə toxunub.
Onun sözlərinə görə hazırda prezidentə sadiq olmayan məmurlar yoxdur:
“5-ci kalon məsələsini ortaya atıblar. Doğurdan da ölkə başçısına sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə, indi və əvvəlki vaxtda da cənab prezidentə sadiq olmayan məmurlar yoxdur. Yəni mən tanımıram. Çünki Azərbaycanın gələcəyi budur və bu yoldur”.(bizimmedia)
Ola bilər ki, yaş işini görüb. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında vurğuladığı bəzi məqamları akademikə xatırlatmaq istəyirəm. Bir də əlavə edirəm ki, bu fikirlər sıradan birinə aid deyil, bu gün dünyanın qəbul etdiyi ən praqmatik və praktik siyasətçi Müzəffər Ali Baş Komandana məxsusdur: «Yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.
Yaxud, “Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.
Daha bir xatırlatma. «Ramiz Mehdiyev “5-ci kalon” haqda» adlı 4.12.2014-cü ildə «Etatist» internet qəzetində http://etatist.com/xeber/20325-ramiz-mehdiyev-5-ci-kalon-haqda. (html?fbclid=IwAR2LIrmmy1zTPIlZED_3b_OllptcbXRfKl5Ydoc84ZoFcf2DdQrB5-Q3pKw) lap 5-ci kolonun tarixçəsinədək xırdalamışdı.
Məqalədən sitatlar: «…Belə kəskin etirazların təşkil olunmasında əsas rol oynayan üzdəniraq «beşinci kolon”dur. Bəs «beşinci kolon” nədir və onun ilhamvericisi kimlərdir? Müxtəlif ölkələrdə «beşinci kolon” fərqli ola bilər. Təcrübə göstərir ki, müvafiq ekspertlər konkret ölkədəki vəziyyəti hərtərəfli öyrənir və çoxsaylı amillərdən asılı olaraq əhalinin bu və ya digər qruplarından «beşinci kolon” formalaşdırmaq üçün həmin qrupları seçirlər. Məlumdur ki, bu anlayış ilk dəfə keçən əsrin 30-cu illərinin ortalarında Madridə hücum edən frankistlər tərəfindən işlədilib. Həmin dövrdə general Frankonun ordusu Madrid üzərinə dörd kolonla hücum edirdi, beşinci kolon dedikdə isə, onun arxa cəbhədə işləyən agentlərinin və təxribatçılarının pozucu fəaliyyəti başa düşülürdü. Sonrakı illərdə bu terminin mənası xeyli dəyişib.
Bu gün «beşinci kolon” anlayışının interpretasiyaları çoxdur – ölkə daxilində agentura şəbəkəsindən başlamış, digər dövlətlərin mənafelərini təmin edən, yığcam şəkildə yaşayan etnik və dini qruplara qədər. Tarixçilər bu söz birləşməsindən düşmən ölkələrin pozucu agenturasını göstərmək üçün istifadə edirlər. Çox vaxt bu termin kollaborasionizmə, yəni, düşmənin mənafeyi üçün, öz dövlətinin ziyanına düşmənlə şüurlu, könüllü və bilərəkdən əməkdaşlığa bərabər tutulur. Beləliklə, «beşinci kolon” birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır. Ən təəccüblüsü budur ki, bəzən hər hansı mühüm proseslərdə özünün iştirak etməsi faktına aludə olan «sütül” gənclər onlardan öz məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edilməsini yaxşı təsəvvür etmirlər».

Özü də araşdırmasında bircə cümlə də olsun mənfur siyasətiylə ikrah doğuran Rusiyanın adını çəkmədən yazır: «Qeyri-hökumət təşkilatları (QHT) yeni nəsil «beşinci kolon”lar rolunda
Dövlətlərin tarixindən bildiyimiz kimi, xarici dövlətlərin xeyrinə işləyən müxtəlif agentlər, terrorçular və separatçılar əsasən şüurlu şəkildə dövlətçiliyin zəiflədilməsinə çalışır, konstitusiyaya zidd hərəkətlər törədirlər. Bu işdə onlara inam verən o idi ki, onların fəaliyyəti xaricdən güclü dəstəklə təmin olunur və yaxşı haqq ödənilirdi. Xarici dövlətlər üçün ən böyük risk onların «beşinci kolon” yaratmaq planlarının üstünün açılması idi. Onlar ehtiyat edirdilər ki, bu planın iştirakçıları özlərinin xaricdəki himayədarlarını ələ verə, bununla da dövlətlərarası ikitərəfli rəsmi münasibətlərə ziyan vura bilərlər. Sovet İttifaqının dağılması dalğasında ABŞ-da məhz bu cür riskləri minimuma endirmək üçün postsovet dövlətlərində «beşinci kolon”larla iş konsepsiyası hazırlanmışdı. Əgər əvvəllər «beşinci kolon” üzvlərinin ələ alınması məsələləri ilə əsasən xüsusi xidmətlər məşğul olurdusa, keçən yüzilliyin 90-cı illərinin əvvəlində «beşinci kolon”ların dəstəklənməsi və formalaşması üzrə səlahiyyətlərin və maliyyə vəsaitlərinin xeyli qismi ABŞ Dövlət Departamentinə həvalə edildi. O da öz növbəsində bu işi ona yaxın olan QHT-lər və fondlar vasitəsilə həyata keçirirdi. Bu, artıq Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyətdən gizlədilən qara büdcəsi deyildi».
Məqalə sırf əsas hədəfdən diqqət yayındırmaq məqsədli olmasını bilmək üçün heç də analitik təfəkkürə ehtiyac yoxdur. Yaxşı olardı ki, akademik kimi bu dəfəki yazısında illərcə içimizdə bəslənən daha satqın və xəyanətkar Moskva-İrəvan kolonunun mərifətləri barədə yazsın. İnanırıq ki, yazacaq…
Fedaiaz Araşdırma Qrupu