Ermənilər 2500 itkin barədə ruslara müraciət edib

Ermənilər təxminən 2500 nəfər itkinlə bağlı Rusiya sülhməramlılarına müraciət edib.


Rusiya Sülhməramlı Kontingentinin İnsani Yardım Mərkəzi (YM) bildirir ki, Dağlıq Qarabağdakı itkin düşmüş iştirakçılar haqqında məlumat toplamaq üçün «qaynar xətt» təşkil edərək vətəndaşların qəbulu məntəqəsində öz işini davam etdirir.


Onların axtarışı Rusiya Məlumat Mərkəzinin rus hərbçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə əməkdaşlıq şəraitində aparılır. Bütün müraciətlər qeyd olunur, verilən məlumatlar Mərkəzin bazasına daxil edilir və birgə axtarış qruplarına ötürülür.


Ümumilikdə, təxminən 2500 nəfər müraciət edib, həmçinin onlardan «qaynar xətt»ə zəng edərək 600 nəfər yardım üçün qəbul mərkəzinə məlumatlar verib.

Bu xəbəri paylaşın: