Tovuz veteranları Millət vəkili ilə görüşüblər

Milli Məclisin Deputatı Ülviyyə xanım Ağayeva Milli Məclisdə Tovuz Qaziləri ilə görüşüb.

AVMVİB Tovuz şöbəsinin ədri Etibar Vəliyev Millət vəkili Ülviyyə Ağayevanı «AVMVİB 25 il» xatirə medalı Ülviyyə xanıma təltif edib.

Görüş içtirakçıları səmimi qəbula və xoş rəftara görə Ülviyyə Ağayevaya öz minnətdarlıqlarını bildiriblər.

Novruz Fəxrəddinoğlu

AVMVİB Tovuz rayon şöbəsi Mətbuat Xidmətinin rəhbəri

P.S. Millət vəkili Ülviyyə Ağayeva öz facebook səhifəsində təltiflə bağlı paylaşım edib: «Fəxri üzvü seçilməyimdən şərəf duyduğum Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yarandığı gündən 25 il ötür. Bu münasibətlə təsis edilən «AVMVİB-25 il» xatirə medalı ilə məni təltif etmələrinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə və AVMVİB-nin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyevə və onların bu təşəbbüsünü dəstəkləyən bütün Qazi qardaşlarımıza dərin təşəkkürümü bildirirəm.

Siz canınızla, qanınınızla bizi qorumusunuz, Allah qorusun sizi!»

Təbrik edirik!

Bu xəbəri paylaşın: