Bizim saytlar Donbasda «döyüşürlər», sadəcə Ukrayna və Rusiyanın xəbəri yoxdu

Bizim «xüsusi təyinatlı saytlarımız» bu dəfə də Ukranada «müharibə başladılar».

«Bizimkilər» yazır: «Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri separatçılar tərəfindən ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib. Mixail Xramkov adlı sosial şəbəkə istifadəçisi bu gün səhər «Rus baharı” adlı veb-saytındakı şərhində (mənbəyə diqqət edin-red) Ukrayna ordusunun 20-dən çox itkisi olduğunu, 25 nəfərin isə ağır yaralandığını, yaralıların Kiyevə aparıldığını iddia edib» və s…

Hansısa bir şərhi informasiya məkanına ciddi xəbər kimi yayan saytlar Donbas separatçılarının uydurduğu yalanı yayınlayıblar. Bir faktı bildirim ki, Ukraynaya qarşı informasiya savaşı aparan Rusiyanın KİV-ləri belə buna uyğn bir informasiya yaymayıblar. «Müharibə gedən» Ukraynanın da bu müharibədən xəbəri yoxdu. Amma bizim saytlar Ukrayna-Azərbaycan əlaqələrini unudaraq, indidən separatçıların yanında əməlli — başlı yer tutmalarından belə görünür ki, bizim saytlar artıq müharibəni başlayıblar. Qalıb Rusiya ilə Ukrayna…

Sadəcə bilinən odur ki,  ingilis kəşfiyyat Mi-6-nın bürosunun Kiyevdə açılışı olub və bu addım separatçıların, həm də onların himayədarları oolan Rusiyanın ciddi narahatçılığına səbəb olub. Türk hərbi mütəxəssislər ingilislərlə birgə Ukraynaya dəvət olunublar və gözlənilən müharibədə dron proqramının müzakirəsi başlayıb. Rusiyanın yaydığı tam informasiya isə belədir: «Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi müşaviri, orada yerləşdirilən qoşunların hazırlığını qiymətləndirmək üçün Donbassdakı Ukrayna hərbi personalının mövqelərini ziyarət etdi, bu barədə Ukraynanın şərqindəki əməliyyat komandanlığının mətbuat xidməti 7 Martda məlumat verib.

İngilis məsləhətçilər, təhlükəsizlik vəziyyətini və ORBITAL əməliyyatı çərçivəsində kadr hazırlığının effektivliyini qiymətləndiriblər.

ORBITAL əməliyyatı, Ukraynadakı bir İngilis hərbi təlim missiyasıdır, 2015-ci ildən bu yana fəaliyyət göstərir, burada 22,5 mindən çox Ukrayna hərbi personalı təhsil almışdır.

İngilis məsləhətçilər, həmçinin Kramatorskdakı güc əməliyyatı qərargahının Mülki-Hərbi Əməkdaşlıq Mərkəzini ziyarət ediblər və Mayorskoye nəzarət-buraxılış məntəqəsinin işi ilə tanış olublar və əlavə olaraq BMT-nin Humanitar Layihələr Koordinasiya Ofisinin nümayəndələri ilə görüşüblər «.

Bircə faktı da deyək ki, deyəsən Marqarita Simonyan Rus propoqandonlarına rəva bilmədiyi yalanları belə «bizimkilərin» ağzıyla dedirtməyə başlayıb. Evin yıxılsın, Əli Həsənov. Bunları haradan tapıb yığmısan?

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: