AVMVİB Binəqədi rayon şöbəsi QADINLARI təbrik etdi

Mərdan Ələsgərov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Binəqədi rayon şöbəsinin sədri

AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.


8 Mart — Beynəlxalq Qadınlar Günü münasibəti ilə əlaqədər başda Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehirban xanım Əliyeva və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanovanın timsalında bütün Azərbaycan qadınlarını Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Binəqədi rayon şöbəsinin üzvləri adından təbrik edib.


Azərbaycan qadınlarının qəhrəman övladlar böyütdüyünü məmnunluq hissi ilə qeyd etmək lazımdır. Ordumuzun döyüş meydanında apardığı uğurlu döyüş əməliyyatları nəticəsində əldə edilən Qələbədə xanımlarımızın əməyi danılmazdır.


Qalibiyyətli döyüş əməliyyatları ilə xalqımızda böyük coşqu yaradan müzəffər Azərbaycan əsgərini yetişdirən də analardı. Bu cür igid oğullar böyüdən şəhid analarının əllərindən öpüb qarşılarında baş əyirəm.

Bizim ən yaralı yerimiz şəhid anaları, bacıları həyat yoldaşlarıdır. Onları xüsusi təbrik edirəm və onlara səbir diləyirəm.


Əziz xanımlar, əziz analar və bacılar, Sizləri, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm.


Bayramınız mübarək!

D.Elnur Səlim

Bu xəbəri paylaşın:
  • 68
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •