Koronavirusa yoluxmuş hərbi qulluqçuların sayı beş nəfərə, təcrid olunmuşların sayı isə 37 nəfərə çatdı.
Üç erməni hərbiçisində koronavirusun aşkarlanması ilə əlaqədar, eyni bölmənin döyüş tapşırıqlarına cəlb olunmayan daha 37 əsgəri testdən keçirildi. Test nəticələrinə görə, iki nəfərdə də koronavirus aşkarlanıb.
Bu barədə Facebook-da Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.
Hərbçilər təcrid olunaraq xəstəxanalara yerləşdirildilər. Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.
Xəstələnən beş nəfərin heç birində sətəlcəm yoxdur, birinin mülayim bir temperaturu var, heç kimdə başqa xarakterik əlamətlər tapılmayıb.
Bu xəbəri paylaşın:
