Ölkədə koronavirusa yoluxanların sayı həndəsi silsilə üzrə artmaqda davam edir.
Təkcə ötən gün daha 43 nəfərdə bu virus tapılıb.
Veteran.az xəbər verir ki, virusa yoluxanlar arasında Füzuli rayonunun keçmiş polis rəisi Bünyad (Binnət) Məmmədov da var. Qarabağ müharibəsinin iştirakçısı olan Bünyad Məmmədov Ağdərə, Şuşa, Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısıdır. Horadiz qəsəbəsinin düşməndən azad edilməsində yaxından iştirak edib.
Aldığımız məlumata görə müharibə veteranı qızdırma hiss etdikdən sonra dərhal təcili yardıma müraciət edib.
72 yaşlı keçmiş rəis təkadamlıq palatada müalicə olunur.
O, AzTV-yə müsahibəsində əhaliyə müraciət edərək dövlət tərəfindən qoyulan tələblərə əməl etməyə çağırıb. Həmçinin, müharibə veteranı B. Məmmədov, «düşmən gülləsindən ölməmişiksə, bu virusdan da ölmərik»-deyərək gündəm olub.
Xatırladaq ki, Bünyad Məmmədov Ağdərə rayonu Narışlar kəndindəndir. Çox minlik veteranlar adından döyüşçü qardaşımıza şəfalar diləyirik. Tanrı yardımçısı olsun!

