Maral, maral, səni yanasan, Maral: Terrorçu Maral da belə getdi…

Azərbaycanın düşmənlərinin siyahısını tərtib etsək, ən azı Livan bu siyahıda 2-ci yerə sahiblik edər. Bu terrorçu dövlətlə iqtisadi, siyasi və strateji bir ilişkimiz yoxdur. Olma perespektivi də çox aşağıdır. Bəs görəsən Azərbaycanın Livana bu kövrək və «naməhrəm» münasibəti haradan qaynaqlanır? Öncə 1 milyon dollarlıq yardım, indi də Maralın peş-kəş edilməsi. Bircə ünvan var. O ünvan illərdir ki, Beyrut erməni kilsəsinə ziyarətlər edirlər. Qeyri — rəsmi adı «Erməni qadınlar komitəsi». Onların əmrində isə on minlərlə sözdə azərbaycanlı kişilər var…


Riyakar ölkələr ələ keçirilmiş erməni muzdlu terrorçularını da müdafiəyə qalxdılar. 27 il ərzində Azərbaycanın 3890 hərbi və müki əsiri barədə cıqqırını çıxarmayanlar bu gün ortadadırlar. Xatırladım ki, 1990-1994-cü illərdən bəri Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin rəsmi sayı 3890 nəfərdir (hərbçilər 3171 nəfər, mülki şəxslər — 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca). Konvensiyaya imza atan Ermənistan bu faktı bu günədək danır). İllər boyu bununla bağlı bizim səsimizxi eşitməyən ABŞ beş — üç nəfər terrorçuya görə həşir salmasına nə ad vermək olar?


Hər halda terrorçu qovalamaq adıyla ölkələri işğaledib viran qoymuş ABŞ bir muzdlu döyüşçünün kombatant və ya hərbi əsir statusuna malik olmadığını bilməmiş deyil. Yenə də hər kəsin imzaladığı şərtləri xatırladıram:

Hansı şəxslər muzdlu sayılırlar:

— silahlı qarşıdurmada iştirak məqsədi ilə yerli və ya xaricdə xüsusi olaraq muzd müqabilində «işə» götürülənlər (Ələ keçirilən əsirlər qonşu ölkə vətəndaşlarıdır və muzd müqabilində döyüşə cəlb edildiklərinoi etiraf ediblər-X.Ə.).

— həqiqətən döyüşlərdə birbaşa iştirak edənlər;

— razılaşmanı əldə rəhbər tutaraq döyüş əməliyyatlarında iştirak edən, şəxsi qazanc əldə etmək istəyi ilə münaqişə tərəfi adından söz verdiyi maddi mükafat, vəd edilmiş muzd və ya ödənilmiş mükafatlar müqabilində qarşı tərəfin silahlı qüvvələri tərkibinə daxil olan qüvvələrin üzvləri;

— nə münaqişə tərəfinin vətəndaşıdır, nə də əks tərəfdən idarə olunan ərazidə daimi yaşayan şəxs hesab edilməyənlər (Onların heç biri Azərbaycan və Qarabağ vətəndaşları deyil — X.Ə.)

— münaqişə tərəfi olmayan bir dövlət tərəfindən rəsmən hansısa bir tapşırığı yerinə yetirmək üçün göndərilməyən və döyüşən silahlı qüvvələrinin üzvü kimi iştirak edən şəxslər.


Lakin bunları görməzdən gələn ABŞ bəyan edir ki, Azərbaycan Qarabağdakı döyüş əməliyyatları bitdikdən sonra saxlanılan erməni əsir və girovları dərhal azad etməlidir. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası üzvləri tərəfindən hazırlanan qətnamə layihəsində deyilir.


Qətnamənin müəllifləri həm Demokrat, həm də Respublikaçılar partiyaçılardır. Bunlar Adam Şiff, Qas Bilirakis, Jackie Speyer, David Valadao və Frank Pallonedir. Konqres üzvlərinə bu qətnamə layihəsinə həmmüəllif olaraq qoşulma təklifi ilə bir məktub göndərilib. Sənəd gələn həftə Konqresə müzakirə ediləcək.Qərar layihəsində deyilir:

“27 sentyabr 2020-ci ildə Azərbaycan, Türkiyənin və xarici qrupların dəstəyi ilə, Artsax kimi də tanınan Dağlıq Qarabağa hücum təşkil etdi, bu minlərlə insanın ölümünə və on minlərlə erməninin zorla köçürülməsinə səbəb oldu.


9 Noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya bütün tərəflərin girov və digər əsirlərin mübadiləsi barədə razılığa gəldikləri münaqişəyə son qoymaq üçün bir bəyanat imzaladılar. Ermənistan azərbaycanlı əsirləri geri qaytarmaqla öhdəliklərini yerinə yetirdi.

Buna baxmayaraq, Azərbaycan imzaladığı Üçüncü Cenevrə Konvensiyasını pozaraq, münaqişənin bitməsindən 100 gündən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan hökuməti sayı 200-ə çatan erməni əsirlərini saxlamağq da davam edir . Bakı da statuslarını təhrif edir (onları «diversant» və «terrorçu» qələmə verir — red.) və saxlanmaya haqq qazandırmaq istəyir.


Human Rights Watch, 2020-ci ilin dekabrında Azərbaycan silahlı qüvvələri tərəfindən erməni məhbusları qəddarlığa və zillətə məruz qaldığını bəyan edib. Kolumbiya Universitetindəki İnsan Hüquqlarının Öyrənilməsi İnstitutu Azərbaycan Silahlı Qüvvələri və Türkiyənin dəstəklədiyi islamçı yaraqlılar tərəfindən ermənilərə qarşı törədilən insanlığa qarşı cinayətlər barədə hesabat yayımladı. Məhbusların və girovların vəziyyəti barədə etibarlı məlumatlar çox məhduddur.


Nümayəndələr Palatası Azərbaycanı məhkumları və mülki şəxsləri dərhal geri qaytarmağa çağırır, eyni zamanda ABŞ Dövlət Departamentini ATƏT-in Minsk qrupu da daxil olmaqla Azərbaycan hökuməti ilə bütün səviyyələrdə danışıqlara başlamağa və məhkumları qaytarmaqla geri dönməyin vacibliyini vurğulamağa çağırır». Bunu 30 il erməniyə «lay-lay», bizə isə nağıllar danışan bir dövlətin daim ədalətsizliyi ilə tanıdığımız lobbi pullarıyla danışan konqresmenlər deyir.


Məsələnin məğzinə keçək. Livan bölgənin və dünyanın ən qatı anti türk bir dövlətidir. Erməni genosid ideyasının yarandığı, erməni lobbisinin ən fəal olduğu, parlamentində təmsil olunduğu və siyasi olimpinə çıxdığı bu ölkə Azərbaycana qarşı ərəb-PKK-çı-fələstin-erməni terrorçularından ibarət qrup göndərən bir ölkədir və bunu heç zaman gizlətmir.

Livanda toplam 156 min erməni yaşayır və onun siyasi olimpinə dəfələrlə ermənilər yüksəlib. Livanın siyasi kursunu dəyişə biləcək qədər gücə malikdirlər.


Livanda üç görkəmli erməni siyasi partiyası mövcuddur: Erməni İnqilabi Federasiyası (yəni daşnaklar), Sosial Demokrat Partiyası (Hnçaq) və Ermənistan Demokratik Liberal Partiyası (Ramgavar Partiyası). Onlar Ermənistanın da həyatının bütün sahələrində əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bu müddət ərzində ASALA, JCAG və ARA kimi terrorçu təşkilatlar Livanda fəaldılar və buradan öz əməliyyatları üçün başlanğıc nöqtəsi kimi istifadə edirlər. ASALA 1975-ci ildə Fələstin Azadlıq Təşkilatındakı (FAT) müttəfiqlərinin dəstəyi ilə erməni solçu millətçilər tərəfindən yaradılmışdır. Təşkilata Livanda fəaliyyət göstərən bir neçə Fələstin müqavimət təşkilatından təlim alan Monte Melkonyan adlı bir erməni hərbçi rəhbərlik edirdi. ASALA-dakı mənbələrə görə, qrupun lideri Akop Akopyan, Haddad və Fələstin Qurtuluş Xalq Cəbhəsi ilə əlaqəyə girmişdi. Bu gün də müxtəlif adlar altında bu əlaqələr davam etməkdədir.


Qarabağda baş vermiş bütün hərbi cinayətlərdə Livanın birbaşa və bilavasitə əli olub. Amma içimizdə kimlərsə Beyrutu yaman sevirlər. Xüsusən də Antilyasdakı Katolikosluğun əsas kafedralını (Böyük Kilikiya Evinin katolikoslarının iqamətgahı orada yerləşir) daha çox sevirlər.


Maralı yəqin oraya «nəzir» verdilər, ya da Maral buradakı həmcinslərini görüb tövbə edərək orada rahibəliyə başlayacaq.


Martın 10-da azad olunaraq Livana göndərilən erməni qadın snayper Maral Nacaryan əsir düşməyindən və Azərbaycanda saxlanılmasından danışıb.
“Şant” telekanalına açıqlamasında Nacaryan noyabrın 10-da diaspordan olan yaxını Vigen Eulcekçyanla Şuşaya gedərkən saxlanıldıqlarını deyib.


“Biz Şuşaya gedirdik. Azərbaycan əsgərləri bizi mühasirəyə aldı. Onlara dedik ki, Vigenin Şuşadakı oteldə qalan əşyalarını götürmək üçün gedirik. Onlar bizim pasportumuzu, portmanatımızı, maşının açarını və mobil telefonlarımızı götürdü. Əsgərlər bizə dedilər ki, əgər sizin Azərbaycanla probleminiz yoxdursa, onda sizi İrəvana göndərəcəyik”, — Nacaryan bildirib.

Erməni snayperin sözlərinə görə, Bakıda onunla yaxşı davranıblar və bir dəfə də olsun döyməyiblər.


Erməni əsilli Livan vətəndaşı Maral Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüşdü.

Naira Zohrabyan isə, Erməni əsirlərinin problemləri ilə çoxsaylı quruluşların və şəxslərin məşğul olduğunu qeyd edib.


«Marala gəlincə, deyə bilərəm ki, hamımız çalışdıq, bu kollektiv bir işdir. Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenkoya, parlaq işinə görə Livan hökumətinə, Livan Qırmızı Xaç cəmiyyətinə, Daşnaktsutyun partiyasının Livan departamentinə minnətdarlığımı bildirirəm».


Livandan olan Najaryan, Shant TV jurnalisti Sago Aryan ilə müsahibədə keçən il 10 noyabrda başına gələnləri danışıb.»Biz (Maral tanışı ilə, eyni zamanda diasporadan olan bir miqrant Vigen Euldjekçyanla yola çıxıb — red.) Şuşayə gəldik. Orada əsgərlər (azərbaycanlı — red.) Bizi əhatə etdilər. Şuşada oteldə qalan Vigenin əşyalarını götürmək istədiyimizi dedik. Pasportlarımızı, cüzdanlarımızı, avtomobil açarlarımızı, cib telefonlarımızı götürdülər»-deyib.
Başlanğıcda Azərbaycan əsgərləri “Azərbaycanla heç bir problemimiz yoxdursa”, İrəvana geri göndəriləcəklərini söylədilər.

«Sonra bizi buraxa bilməyəcəyimizi, terrorçu olduğumuzu söylədilər. Vigeni döydülər, sonra bizi Cipə mindirdilər və Azərbaycana apardılar. Vigenin gözlərini bağladılar, amma mənimkini bağlamadılar. Bizi təhdid etdilər, mən çox qorxdum, buradan sağ çıxacağımı düşünmürdüm», — deyə Maral bildirib…


Zaman keçdikcə aksent dəyişilməyə başlayıb. Bunun adı ermənilikdi. Artıq Rusiyanın «Simonyan» ruporu olan «Sputnik» də Maralın «mnoqostradalnıy» obrazını yaratmağa girişib. Diqqət edin: «Maralın ikili vətəndaşlığı var — Ermənistan və Livan. Keçən il 4 avqustda Beyrutda baş verən partlayışdan sonra Maral və bacısı Ermənistana köçüb. Qarabağda yaşamaq istədiklərini bildirdilər və bir ay sonra Şuşa şəhərindəki otellərdən birinə yerləşdilər. Evin köçürüləcəyi günədək evin istifadəyə verilməsini gözlədilər.


Müharibə başlayanda bacılar Gorusa köçdülər, ancaq əşyaları Qarabağda qaldı. Üçtərəfli atəşkəs bəyanatının elanından sonra, 10 noyabrda Maral Najaryan, tanışlarını, eyni zamanda Diasporadan olan Vigen Euljekçyan ilə birlikdə əşyalarını təhlükəsiz şəkildə çıxara biləcəyini düşünərək Şuşaya getdi. Bundan sonra onlar yoxa çıxdılar».

Yazıx Maral gündüzlər səngərdə, gecələr oteldə nələr çəkirmiş…


Erməni politoloq Ayk Martirosyan ikinci Qarabağ müharibəsi zamanı əsir düşmüş Livan vətəndaşı Maral Nacaryanın azad edilməsinə görə Livana minnətdarlıq bildirib.


Yerli mətbuata açıqlama verən Martirosyan bu məsələdə Ermənistan dövlətinin acizliyinin ortaya çıxdığını söyləyib:

«Maral Nacaryanın geri qayıtmasına görə Livan hökumətinə təşəkkür edirəm. Ləyaqət, iradə göstərərək və vəzifəsini yerinə yetirərək öz vətəndaşını əsirlikdən azad etdi. Onlar öz vətəndaşını azad etdilər, siz isə buna görə bizim hökumətə təşəkkür edirsiniz? Ermənistan rəhbərliyinin üzünə tüpürməlisiniz ki, onların xəyanəti nəticəsində əsir düşmüş erməni qadın hökumət tərəfindən deyil, bu hadisələrlə heç bir əlaqəsi olmayan Livan tərəfindən azad edilir».


Xatırladaq ki, Nacaryan Ermənistan və Livan vətəndaşlığına malikdir. O, Qarabağda bir sıra qanunsuz əməllərə yol verib. Azərbaycan humanistlik nümayiş etdirərək martın 10-da Nacaryanı azad edib. O, Ermənistana deyil, Livana getməyə üstünlük verib.


Daha sonra Livanın xarici işlər naziri Şarbel Vahbi Qarabağ müharibəsi zamanı əsir düşmüş erməni əsilli Maral Nacaryanın azad edilməsinə görə Azərbaycana təşəkkür edib.

Fotolara diqqət et, cənab Co Bayden. Fərqi gör. Biz sizin göndərdiyiniz Maralı verdik. Amma sizin qaranlıq lobbi əlaqələrinizin kölgəsində hansı cinayətlər işləndiyini də araşdırın. Bu günahdakı payınıza sahib durun. O 907-ci Düzəlişin ləkəsi sizin üzərinizdədir...


Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: