Görkəmli etnoqrafımız Q. Qeybullayev «K etnoqenezisu azerbaydjantsev» (Bakı 1984) əsərində Henri Mathieunun irəli sürdüyü bir versiyaya yer verib: «Türk irqi dünyanın ana irqlərindən biridir. Əsil türklər türkmənlər, yəni Oğuzlardır.
Bunların ilk vətənləri Orta Asiya deyil, Mesapatomiyadır. Türklər burada dünyanın ən əski mədəniyyətini qurmuşlar. İlk Assur-Babil heykəlləri, məhz türk tipindədir. 3 min il eradan əvvəl ərəb tayfaları Mesapotomiyanı işğal etdilər. Türklər 2 qolla köçməyə məcbur oldular.
Bir qol Xəzərin cənubu və şərqinə gedərək Partları (Arsaqları), diğər qol isə Rossi-rusları (Moskal, Moskvalı) qovaraq Qafqaza yerləşdilər. Bu qövmün əsas vətənləri Şimali Qafqazlardır. Skiflər (İskitlər) də elə bu Qafqaz türklərindəndirlər».
Hətta ruslarla bağlı orta əsr səyyahı Əbdülrəşid Əl Bakuvi də özünün «СОКРАЩЕНИЕ [КНИГИ O], «ПАМЯТНИКАХ» И ЧУДЕСА ЦАРЯ МОГУЧЕГО. КИТАБ ТАЛХИС АЛ-АСАР ВА’АДЖА’ИБ АЛ-МАЛИК АЛ-КАХХАР» adlı əsərində yazırdı: «RUS ÖLKƏSİ. Bu türklərdən olan böyük bir xalqdır: [Ölkə] Saklablar diyarı ilə həmsərhəddir, bir gölün suları ilə yuyulmuş bir adada yerləşir və bu onların düşmənlərdən qorunması üçün bir qaladır. İtil çayı boyunca ticarət edirlər. Çirkablardan [murdarlanmaqdan] qorunmurlar. Onların padşahının qiymətli daşlarla işlənmiş nəhəng bir taxtı var. Onun yanında qırx cariyəsi oturur (Bax İbn Fadlan, 2-ci nəşr, S. 146). Qanunları və xüsusi bir dilləri var. Bədənləri palma ağacı kimi ağ rəngdədir. Onlar Allahın ən murdar məxluqlarıdır.» (СТРАНА РУСОВ. Это большой народ из тюрок: [Страна] граничит со страной саклабов, расположена на острове, омывающемся водами озера, и он — их крепость и защита от врагов. Торговлю они ведут по реке Итил. Они не остерегаются [осквернения] нечистотами. У их царя есть огромное ложе, инкрустированное драгоценными камнями. На нем вместе с ним сидят сорок его наложниц (См. Ибн Фадлан, 2-е изд., стр. 146). У них есть законы и особый язык. Их тела белые, как будто это пальма. Они самые грязные создания Аллаха).
Qotlar, keltlər, pelajlar, traklar, çərkəzlər, gürcülər, yunanlar, iyonyalılar, truvalılar mənşəcə Türk-İskit qəbilələridir. Türk dili ilə Hindavropa dilləri arasında mənşə birliyi var.
Sarı irqə aid monqollar türk deyil. Türklər ağ irqin qumral zümrəsinə aid edilir. Yanlış olaraq Şumer deyilən, əslində Sang-İgiga adlanan qövmə aid qədim bir mədəniyyətin varislərinin türklər omasını dünya yaxşı bilir.
Samilərin İkiçayarasına hücumları barədə Sang (şumer) mətnlərini oxumuş T. Azərtürk bir məqaləsində geniş məlumat verib:»İraqda Şippur adlanan yerdən tapılan gil lövhədə yazını Bağdadlı alim Al Ravi səhv olaraq «Merduka himn» kimi tərcümə edib. Mövzu mənasız söz yığımına çevrilibsə də mətn əslində «Ete (Hetit) elində»vulkan püskürməsindən bəhs edir.

Bölgəyə hücumlarla bağlı Şamsi Adadın şerlərini oxuyaraq T. Azərtürkün bizə çatdırdığı variantı sizə təqdim edirəm.Bir beytdə ərəblərin adı çəkilir (Sang-İgiga-şumer dilində):
ŞANU -TAMAŞUM VARDİ, ERİDİ KAS ATƏŞPURAM,
U MAT TAMA VAR DUYAMİ,İNE EREB HİYİM Kİ,
VARDE KAYSA, AHURA DİNİNİNULU OMRİ…
Əski türk diliylə tutuşdurub anlamanıza, məncə elə də çətinlik yoxdur.
Daha bir fakt əlavə edim ki, ərəblərin, yəni samilərin bölgəyə axını zamanlarında Sang-Şumer hakiminin adı EN-Sakusan (Şakuşan) idi.
Türklər Sak-Oğuz tarixini öyrənmədən öz tarixlərinə sahib çıxa bilməyəcəklər…
X. Ədəboğlu
