Müharibədən sonrakı üçtərəfli bəyanat kommunikasiyaların və energetikanın blokdan çıxarılmasını nəzərdə tutsa da, Ermənistana qarşı əks proseslər baş verir.
Fedai.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Lragir” nəşrində dərc olunan məqalədə bildirilib.
“Xüsusən, Ermənistanda ərazisində atom stansiyasının varlığı şübhə altına qoyulur, Ermənistana idxal edilən rus qazının Azərbaycan yolları ilə tədarükü sınaqdan keçirilir, bu yollar istənilən anda bağlana bilər. Erməni ordusu rus ordusuna daxil edilir və Ermənistanın NATO və Qərb orduları ilə əlaqələri tamamilə kəsilir”, — deyə məqalədə qeyd olunub.
Müəllifin sözlərinə görə, Ermənistan Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyində bildiriblər ki, təmir işləri zamanı üç həftə ərzində Ermənistan Gürcüstan ərazisindən qaz almağa davam edəcək.
“Ermənistan AES-in baş direktoru Ermənistan AES-in istismar müddətlərinin uzadılmayacağına dair risklər olduğunu bildirərək qeyd edib ki, Ermənistan müddəti daha 5-10 il uzatmaq istəyərdi. Xatırladaq ki, AES-in təmir və başqa işləri ilə Rusiya məşğul olur. Məgər Moskva Türkiyə və Bakının istəklərinə uyğun olaraq Ermənistanı nüvə enerjisindən də məhrum etmək niyyətindədir?”, — deyə müəllif qeyd edib.
