AVMVİB üzvlərinin sayı 75 minə çatdı

Artıq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvlərinin sayı 75 minə çatdı.


Bu barədə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov məlumat verib.


Vahid Abdurəhmanov bildirdi ki, 75 mininci üzvlük vəsiqəsinin sahibi AVMVİB sədrinin oğlu Vətən müharibəsində fərqlənmiş, qəhrəman zabitlərimizdən olan İlkin Rzaquliyev olub.

İlkin Rzaquliyev döyüşlərin ilk günündən son gününədək öndə olan zabitlərimizdəndi. Əbəs yerə deyil ki, biz veteranlar bu müharibəni atalar və oğullar müharibəsi adlandırmışdıq. Çünki minlərlə müharibə veteranımızın övladı bu şərəfli yolun yolçusuna çevrildilər. Bu gün birgəyik. Elə təkcə bu gün AVMVİB sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun oğlu Bayram Qurban oğlu Osmanova da AVMVİB-yə üzvlük vəsiqəsini təqdim etdik. AVMVİB bəlkə də uzun illər problemin həllinin hərbi yoldan keçməsinin tək variant olmasını deyirdi və tarix bizim haqlı olduğumuzu göstərdi. Bir çoxları yaxşı bilir ki, bu vətənpərvərlik ruhunu cəmiyyətə ötürən ictimai qurum kimi AVMVİB-nin rolu əvəzsizdir. Bu gün İlkin kimi, Bayram kimi gənclərimizin sayəsində Zəfər müjdəli bayram keçirdik.


Gənc veteranlara üzvlük vəsiqəsini təqdim edən AVMVİB sədri Füzuli Rzaquliyev onları təbrik edərək özlərinin cbhədən döndüyü günləri xatırladı. Biz geri dönərkən təkcə bu müharibəyə «Vətən müharibəsi» adı vermək uğrunda da mübarizə apardıq. Çoxları «vətən» deyəndə SSRİ nastolgiyasında olurdu. Bəzi məmurlar elə bu günədək döyüşçüyə əsil düşmən kimi baxmaqdaydı. Bu gün isə biz geri dönən gənclərimizin yanındayıq. Onlar tək deyillər. Biz veteran olaraq daim Dövlətimizin və dövlətçiliyimizin yanındayıq. Bu belə də davam edəcək. Fəxr edirəm ki, mənim oğlum da Tarix yazan qəhrəmanlarımızın ön sıralarında olub. Zəfər müjdəli günlər üçün xalqımız və bu Vətən sizlərə minnətdardır.


Üzvlük vəsiqənin verilməsi ilə bağlı mərasim ənənəvi olaraq tort kəsilməsiylə başa çatıb.


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: