
Həkim Xaliq Hüseynovun ad günüdür
TƏBRİK EDİRİK!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal Fəxri üzvü, tanınmış həkim Xaliq Hüseynovun ad günüdür.
Həkim Xaliq Hüseynov daim müharibə veteranları və şəhid ailələrinin yanında olması, onlara qayğı göstərməsi ilə tanınmış Fəxri üzvlərimizdəndi. Onun bu sahədə göstərdiyi xidmətlər AVMVİB Rəhbərliyi tərəfindən mükafatlandırılıb. Artıq bu istiqamətdə Xaliq Hüseynovun gördüyü xeyriyyəçilik işləri ənənə halını alıb. İstər pandemiya dövründə, istərsə də Vətən müharibəsi günlərində onlarla müharibə iştirakçısı və şəhid ailəsinə maddi və mənəvi dəstək davam etdirilib.
Xaliq Hüseynovun 36 yaşı tamam olur. Bu münasibətlə Xaliq bəyi təbrik edir, uzun ömür, cansağlığı, işlərində uğurlar və neçə belə ad günləri qeyd etməsini arzulayırıq.
Bütün gözəlliklər sizin olsun və 100 yaşayın!
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ SAYTI







