Sumqayıtlı veteranlara bayram sovqatı verilib

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi rəhbərliyi az təminatlı müharibə veteranlarına bayram sovqatı paylayıb.

Bu barədə AVMVİB Sumqayıt şəhər şöbəsi sədri Timuraz Mansurov məlumat verib.

Bu xeyirxah və humanist addım barədə AVMVİB Sumqayıt şəhər şöbəsi sədrinin müavini Zəkəriyya Rəhimov bildirdi ki, AVMVİB Sumqayıt Şəhər Şöbəsində hər zaman xeyriyyəçiliyin ilə seçilən iş adamı, təşkilatımızın Fəxri üzvü Taleh Rəhimovun dəstəyi ilə Novruz bayramı münasibətilə yardım paylanılıb. Şöbə rəhbərliyi yardımları çətin durumda olan ailələrə çatdıraraq onların bayramını təbrik edib.

Xatırladaq ki, AVMVİB — nin Fəxri üzvü, iş adamı Taleh Rəhimovun, artıq neçə illərdir ki, imkansız müharibə veteranları və şəhid ailələrinə bu cür yardımlar etməsi artıq ənənə halını alıb. AVMVİB Sumqayıt şəhər şöbəsi sədri Timuraz Mansurov şəhər veteranları adından xeyriyyəçi, iş adamı Taleh Rəhimova öz minnətdarlığını bildirib.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: