Göygöl rayonunda AVMVİB rayon şöbəsi üzvlərinin iştirakıyla Şəhidlər Xiyabanı ziyarət edilib.
Biu barədə AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Bu gün xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının əməkdaşları, müharibə veteranları və qazilərin iştirakı ilə Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Allah şəhidlərimizə rəhmət eləsin!
E. Səlim



