Rusların sülh qarğaları indi də üzümçülüklə məşğuldurlar

Rusiya hərbiyyəsi Qarabağda üzümçülük işlərinin aparılmasına kömək edir. Demək olar ki rusiyalı sülh qarğaları ermənilərə su daşıyır, itə yal bişirir, tövlələri kürüyür, inəkləri sağır, paltar yuyub sərir…Haykanuşlar «qorxmasınlar» deyə, hətta gecə onlarla yatırlar…

BBC-nin yaydığı məlumata görə, Rusiya Müdafiə Nazirliyi «Dağlıq Qarabağda bu ilin əkinçilik mövsümünə hazırlıq məqsədilə» Rusiya hərbi kontingentinin kənd təsərrüfatı işlərinin təhlükəsiz şəraitdə aparılmasını təmin etməyə başladığını bildirib.

«Fermerlər Dağlıq Qarabağdakı təmas xəttində yerləşən ərazidə işlərə başlayıblar,» — məlumatda deyilib.

«İndi mövsümə hazırlaşmaq üçün yaz işləri aparılır. Rus sülhməramlıları bu cür işlərin koordinasiyasını və həyata keçirilməsini təmin edirlər. İşlərin aparıldığı ərazilərdə vəziyyət sakitdir, tərəflər arasında qarşılıqlı anlaşma əldə olunub,» — Rusiya hərbi kontingentinin Dağlıq Qarabağdakı rəsmi nümayəndəsi Dmitri Perepyolkin deyib.

«Regionun üzümçüləri havalar istiləşəndən bəri ilk dəfə olaraq üzüm sahələrində lazımi işlər aparmağa başlayıblar,» — rusiyalı zabit qeyd edib.

Bu xəbəri paylaşın: