Krımın Rusiyaya birləşdirilməsinin 7 illiyi ilə bağlı Moskvanın «Lujniki” stadionunda minlərlə pərəstişkarı qarşısında çıxışında Rusiya prezidenti Vladimir Putin qonşu ölkələrlə bağlı yenə də «quş» buraxdı.
Tarixsiz və geni bəlli olmayan qondarma bir ölkənin prezidenti qonşu ölkələrə meydan oxudu. Onun bu işğalçı və anti bəşəri fikirlərindən keçən tezis beləydi: «Ruslar bu dünyada insan kimi yaşaya bilmədikləri üçün kimsənin də yaşamasına imkan verməyəcəyik!»
Putinə bir xatırlatma: «Moskalları ona görə bir imperiya halına salıblar ki, bəşəriyyət bu Pandora yeşiyinin» mahiyyətini anlasın.
Qonşu və digər ölkələrdə Rusiyanın 1992-2021-ci illər ərzində işlədikləri bəşəri və hərbi cinayətlərə diqqət yetirin.
-Azərbaycanın 20% torpağını «erməni-dqr» adıyla və pərdəsi arxasında 15 min nəfər mülki və hərbi mükəllifiyyətli vətəndaşımızı qətlə yetirib və 1 milyon insanımız 30 illik məcburi köçkün həyatı yaşamağa məcbur edilib. 800 -ə yaxın kənd və şəhərimiz darmadağın edilərək yer üzündən silinib..
-Gürcüstanın Abxaziya və Osetiya bölgələrini eyni separatçı üslubla işğala məruz qoyulub. «Sülh məramlı» pərdəsi altında separatçılara dəstək verib və nəticədə 13 min nəfər mülki və hərbi mükəllifiyyətli vətəndaş qətlə yetirilib. 300 mindən çox sakin köçkün həyatı yaşamaqdadır.
-Moldovada Dnestryanı bölgədə heç bir muxtar qurum olmadığı halda separatizmi hərbçi adıyla bölgəyə yerləşdirdiyi «sülh məramlı» adlı terrorçuların əliylə körükləyib. Nəticədə 950 nəfər mülki və hərbi mükəllifiyyətli vətəndaş qətlə yetirilib.
-Suriyaya soxularaq qanlı səhnələrin müəllifinə çevrilib. Öldürülənlərin sayı 370 min nəfərdən çoxdur. Ölkəni tərk edənlərin sayı 5 milyondan artıqdır. Yüzlərlə kənd və şəhər Qarabağdakı rus-erməni üslubuna uyğun bir şəkildə darmadağın edilib.
Tarixə gəlincə isə 800 il öncəyə gedəndə Rusiya yox idi. Belə getsə, Bir Putinlə (Rasputin) dağılan bu çürük imperiya, bu dəfə İki Putinlə (Putinin arvadı əsil Putinin öldürüldüyünü bəyan edib) yox olacaq…
Fedai.az Araşdırma Qrupu
