Bayden İmran Xanı niyə sammitə dəvət etmədi?

Bu gün bu sual hər kəsi maraqlandırır. Bunu Çinlə iş birliyinə göprə edildiyini düşünənlər də var. Amma Baydenin regionla bağlı atdığı addımlarda bir başa illərlə erməni lobbisindən aldığı maliyyələrin qoxusu gəlməyə başlayıb.


Türkiyəyə qarşı Yunanstanda tutduğu tövr və PKK, PYD terrorçularının silahlandırması, «Bir kəmər bir yol” layihəsinə alternativ araması, qondarma erməni «soyqırımı»nın tanınacağı ilə bağlı yayılan erməni informasiyaları, indi də bölgədə ədalətin bərpasında anti erməni mövqe tutan İmran Xanın sammitə dəvət edilməməsi və s. heç də təsadüfə bənzəmir. Bu o Co Baydendir ki, erməni lobbisinin əlaltılığını qəbul etmiş konqresmenlərlə birgə işğala məruz qalan bir ölkəyə qarşı işğalçının diqtəsinə uyğun bir şəkildə, Rusiya ilə eyni mövqedə dayanaraq, Konqres tərəfindən «Azadlığa Dəstək» Aktına qəbul edilən düzəlişi Ammerika xalqına yanlış olaraq sırıdı.

Democratic presidential candidate former Vice President Joe Biden speaks at Wisconsin Aluminum Foundry in Manitowoc, Wis., Monday, Sept. 21, 2020. (AP Photo/Carolyn Kaster)

Tezliklə erməni axmaqlığı bu adamı bir vaxtlar Qarabağa görə SSRİ Prezidenti olmuş Mixail Qorbaçovun rüşvət almış xanımı Raisa Qorbaçovanın vəziyyətinə salacaq. Sadəcə bu istiqamətdə Azərbaycan və Türkiyə mətbuatı birlikdə bir informasiya cəbhəsi yaratmalı və vaxt itirmədən bu faktı ABŞ Konqresinin müzakirəsinə çıxarmaq üçün petisiyalar toplamağa başlamalıyıq.


Qeyd edək ki, Pakistan Baş naziri İmran Xanın iqlim dəyişiklikləri ilə bağlı mübarizədə göstərdiyi səylər dünya birliyi tərəfindən böyük məmnuniyyətlə qarşılanır.


Bu sözləri Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz Çavdri deyib.


O, ABŞ Prezidenti Co Baydenin İ. Xanı iqlim dəyişikliyi ilə bağlı keçiriləcək sammitə dəvət etməməsini tənqid edib.

“Pakistan sözügedən problemlə bağlı müxtəlif layihələr başladıb və bu layihələr Dünya İqtisadiyyat Forumunun böyük dəstəyini qazanıb”, — XİN rəsmisi bildirib.


Onsuz da bölgədə bütün tərəfdaşlarını itirən ABŞ-dan bu gün dünya yaxasını qurtarmaq yolunu tutmaqdadır…

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün 2017-ci ilin oktyabr ayında verdiyi proqnozları xatırlatmaq yerinə düşər.


Fridman 2030-cu ilə qədər Rusiya Federasiyası dağılacağını iddia edir. Bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq. Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Kareyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək.

Qeyd edək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək istəyir. Rumınlar hesab edirlər ki, Moldova xalqı ilə eyni kökə malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti İqor Dodonun “mən Rumıniya ilə Moldovanın birləşməsinin əleyhinəyəm” açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda diqqət çəkir.


Fridman proqnozlarına davam edərək qeyd edir ki, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək.
Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək verəcək. Orta Asiyanı da qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.


Proqnozda Rusiyasız qalan Ermənistanın sağ qalmayacağı deyilir. Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcək. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək.


Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə “rəngli inqilab” başlayacaq. Regionda Yaponiya güclənəcək.


İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq.


Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: