POEZİYA ÇƏLƏNGİ: Əyrinin yükünü dik biri çəkir…

NƏRİMAN Qəhrəmanlı

Hərə öz yükünü çəksə nə var ki?
Mininin yükünü tək tək biri çəkir.
Yükün də yük olsa, yüksə nəvar ki,
Əyrinin yükünü dik biri çəkir.

SÜRÜ ZİLLƏTİ

Keçi önə düşüb, itsə arxada,
Sürünü qovlayır çoban arxaca,
Nədir bu sürünü belə qorxudan,
Sürünün qəsdinə durub, az qala,
Çoban da, keçi də, it də, ay bala.

Nə itə söz tapdım, nə də keçiyə,
Sürünü satarlar görən neçəyə?
Yalan laĝ eləyib gülür gerçəyə…
Çoban da, keçi də, it də, ay bala,
Sürünü satarlar bir qarın yala…

Keçini başçısı seçən bu sürü,
Nə arxanı görür, nə önün görür,
Arxada qorxulu bir köpək hürür,
Çoban da, keçi də, it də, ay bala,
Onları satarlar bir qarın yala…

Kimin qələmindən çıxmış bu qərar,
Çobanmı, keçimi, itmi günahkar?
Min ildi bir sürü satqın axtarar,
Çoban da, keçi də, it də, ay bala,
Onları satarlar bir qarın yala…

Keçisi başında, it yanındadır,
Çoban plan qurur, öz «qınındadır»,
Qoyunluq qoyunun öz qanındadır,
Çoban da, keçi də, it də, ay bala,
Onları satarlar bir qarın yala…

Tanrı oyunumu sürü zülməti,
Tanrının sirrimi qoyun zilləti?
Satarlar dünyada sűrű milləti…
Çobanı, keçisi, iti, əl-ələ,
Onları satarlar bir qarın yala…

Girib ölməyə də bir yer tapmadım…

Şəhvət tullantısı, şəhvət xətası,
O üzlü, bu üzlü yer üzü dolu.
Kim bilir kim ķimin doĝma atası,
Her üzü şər üzlü, şər bizi qovur.

Fűzuli ahından yanır fələklər,
Isti səhralarda Məcnunsuz, yetim.
Qiyama qalxıblar göydə mələklər,
Mən yetim ahımla, bəs hara gedim?

Bir qucaq qalıbmı, qoyum başımı,
Bir aĝız ürəkdən hönķürüm, yatım.
Dunya, əriş-arğac, itib arşının,
Girib ölməyə də bir yer tapmadım…

HAMI BİR AZ MƏLƏKDİ…

Nəfsi yenir adamı,
Nəfsinə quldu canı.
Ürəklərə daĝ çəkir,
Hamı bir az da cani,
Hamı bir az da mələk…

Bu dunyanın küncündə,
Aqilin də, bicin də,
Əzrayıl var içində.
Hamı bir az da mələk.

Gőyden yerə yaĝmır daş,
Ağzınız dolu qarĝış.
Allah özü mat qalmış…
Boylan göyə, yerə bax,
Hər yanda tələ, kələk,
Hamı bir az canidi,
Hamı bir az da mələk.

Sığınıb bənövşəyə,
Yaşamaq olar min il.
Indicə bir kişiyə
Bir kişi dedi: Sən öl…
O da bir az təxəkdi,
Bu da bir az təlxəkdi.
Hamı bir az mələkdi…

ƏYRİNİN YÜKÜNÜ DİK BİRİ ÇƏKİR

Hərə öz yükünü çəksə nə var ki?
Mininin yükünü tək biri çəkir.
Yükün də yük olsa, yüksə, nə var ki,
Əyrinin yükünü dik biri çəkir.

Yükləri çiynində bilinməyənlər,
Yükləri əynində bilinməyənlər
Yükləri çiynində bölünməyənlər,
Tök yükü çiynindən, tök, biri çəkər.

Dərd var ki, çiynində dünyadan ağır,
Ha qaçsan üstünə elə dərd yığar,
Hamının dərdini çəkir bir fağır,
Qoşul bu dərdi çək, çək, biri çəkər.

Nədənsə dərd çəkən elə təklənir,
Dərd var ki, o dərddən Tanrı səslənir,
Dünyanın, nə dərdi, qəmi tükənir,
Ha qaçdım, ha yana, dərd məni çəkir.

Çək indi bu yükü, çək hara daşı,
Ölüncə çiynində çək gora daşı
Çiynimdə dünyanın qapqara daşı,
Onu da durmadan bir dəli çəkir…

Bu xəbəri paylaşın: