Uşaqlar dünyanın ən saf, ən təmiz və ən səmimi varlıqlarıdır. Onların gülüşü dünyamızı işıqlandırır, sevgisi isə həyatımıza məna qatır. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir uşağın xoşbəxt, sağlam və qayğısız böyümək haqqı var.
Bu əlamətdar gündə bütün uşaqlara sağlamlıq, sevinc, uğur və parlaq gələcək arzulayırıq. Balaca fidanlarımızı bağrımıza basır, onların üzlərindən təbəssümün heç vaxt əskik olmamasını diləyirik.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək!
