Təbrik: Rövşən İsmayılxanlı — 62

Bu gün silahdaşlarımızdan biri – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatının sədri, ehtiyatda olan polis polkovniki Rövşən Əli oğlu İsmayılxanlının doğum günüdür. Rövşən İsmayılxanlı 1 iyun 1963-cü ildə Naxçıvan şəhərində anadan olub.

Yeddiillik məktəbi doğma şəhərində bitirib, daha sonra təhsilini Bakı şəhəri 6 nömrəli tam orta məktəbdə davam etdirib. Ali təhsilini Azərbaycan Dövlət Beden Tərbiyəsi və İdman Akademiyasında alıb.

İdman sahəsində qazandığı uğurlar diqqətəlayiqdir – o, Azərbaycan çempionu olmaqla yanaşı, yeddi dəfə dünya çempionatlarında qızıl, gümüş və bürünc medallara layiq görülüb.

Rövşən İsmayılxanlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını da müvəffəqiyyətlə başa vuraraq, daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb və ehtiyatda olan polis polkovnikidir. Hazırda o, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda, 2023-cü ildən etibarən AVMVİB-in Naxçıvan MR təşkilatının sədridir.

Ailəlidir. İki övladı var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Rövşən Əli oğlu İsmayılxanlını doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2023-11-05-at-17-30-26-715x400 Whats-App-Image-2025-05-31-at-23-48-06

Whats-App-Image-2025-05-31-at-23-48-06-10

Whats-App-Image-2025-05-31-at-23-48-06-11

Whats-App-Image-2025-05-31-at-23-48-06-2

Whats-App-Image-2025-05-31-at-23-48-06-3

Whats-App-Image-2025-05-31-at-23-48-06-4

Whats-App-Image-2025-05-31-at-23-48-06-5

Whats-App-Image-2025-05-31-at-23-48-06-6

Whats-App-Image-2025-05-31-at-23-48-06-7

Whats-App-Image-2025-05-31-at-23-48-06-8

Whats-App-Image-2025-05-31-at-23-48-06-9

Bu xəbəri paylaşın: