Milli Qəhrəman Fred Asifin xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib

31 may 2026-cı il tarixində Milli Qəhrəman Fred Asifin xatirəsinə həsr olunmuş kikboksinq üzrə açıq turnir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Turnirdə Azərbaycan Kikboksinq Federasiyasının sədri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri, müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri iştirak ediblər. Tədbirdə Milli Qəhrəman Fred Asifin xatirəsi ehtiramla yad olunub, belə turnirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və idmana marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-05-31-at-22-41-41-(1)

Whats-App-Image-2026-05-31-at-22-41-41-(2)

Bu xəbəri paylaşın: