Balaca Alp Arslanın 1 yaşı tamam olur

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yevlax rayon şöbəsinin sədri, I Qarabağ müharibəsi veteranı, istefada olan baş leytenant Məmmədov Şahin Əhmədəli müəllimin ilk nəvəsi Alp Arslanın doğum günüdür. Balaca Alp Arslanın 1 yaşı tamam olur.

Bu əlamətdar gün münasibətilə Alp Arslanı ürəkdən təbrik edir, ona sağlam, xoşbəxt və nur dolu ömür arzulayırıq. Arzu edirik ki, böyüdükcə babası və atası kimi Vətəninə, dövlətinə və xalqına bağlı, mərd, qeyrətli və ləyaqətli bir Azərbaycan oğlu olsun.

Alp Arslan vətənpərvər bir ailənin övladıdır. Onun atası, II Qarabağ müharibəsi qazisi və zabiti İlkin Məmmədov Vətən uğrunda şərəflə xidmət etmiş qəhrəman oğullarımızdandır. Babası Şahin müəllim isə I Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərmiş, bu gün də veteranların və şəhid ailələrinin yanında olan dəyərli insanlardan biridir. Belə ailələr dövlətçiliyimizin dayağı, xalqımızın qürur mənbəyidir.

Məmmədovlar ailəsinə Allahdan xeyir-bərəkət, balaca Alp Arslana isə uzun ömür, sağlam gələcək və uğurlu həyat arzulayırıq.

Balaca qəhrəmanımızın doğum gününü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi də səmimi-qəlbdən təbrik edir.

Ad günün mübarək, Alp Arslan!

Bu xəbəri paylaşın: