Dr. V. Abdurehman
(Əvvəli: http://fedai.az/?p=3325 )
Yuxarıda göründüyü kimi, Qaşğarlı Mahmud deyir ki, bütün türk xalqlarının hökmdarı Əfrasiyabın nəslindəndirlər. Üstəlik, başda Qaraxanlılar olmaqla Qoçu (İdikut) Uyğur Dövləti və Səlcuqluların hökmdarlarının özlərini Əfrasiyab nəslindən olduğunu iddia etmələri yerli və əcnəbi mənbələrdəki məlumatlardan da aydın olur.
İndi mövzuyla əlaqədar yerli və əcnəbi mənbələrin verdiyi məlumatların işığında Qaraxanlılar, Qoçu (İdikut) Uyğur Dövləti və Səlcuqluların hökmdar ailəsiniylə mənşə əlaqələrini işıqlandırmaq məqsədiylə tarixdəki əfsanəvi Turan padişahı Alp Ər Tonga, tarixçilərin iddia etdiyi kimi müəyyən bir Türk qəbiləsinin və ya dövlətinin hökmdarı deyil, bütün Türk xalqının ümumi qəhrəmanlıq simvolu halına gəldiyini izah etməyə çalışıram.
Bilindiyi kimi Qaraxanlılar özlərinə, əfsanəvi Turan Padşahı Əfrasiyaba nisbətlə «Ali-i Əfrasiyab» deyə ad vermişdilər. Lakin, Əfrasiyab adı Türk adı deyildir. Bartoldun fikrincə, Qarahanlıların bu adı işlətməsi, İran təsiri ilə baş tutmuşdu. Halbuki, Qaşğarlı Mahmudun əsərində adı keçən Türkcə mahnılardan Əfrâsiyabın, yuxarıda qeyd edildiyi kimi Türklərin məşhur qəhrəmanı Alp Ər Tonqa olduğu aydın olmaqdadır. İranlıların Əfrasiyab haqqında dedikləri bu günkü Şərqi Türkistanın müxtəlif bölgələrinə aiddir. Qaşğarlı Mahmudun sözlərinə görə, əsas Əfratsiyab şəhəri Qaşqar şəhəridir. Bu günkü Şərq Türkistandakı Maralbaşı şəhərindən ibarət olan köhnə Barçuk şəhərinin quruluşu da Əfrasiyaba aid edilirdi. Əfrasiyab o şəhərdə İranın Buht Nəsrinin oğlu Betzeni həbs etmişdi. Yenə Bartholda görə, «Firdovsi və onun qabaqcılı olan Samanilərin dövrü irəli gələnlərindən Dakiki özlərinin əfsanəvi Turanlılar haqqındakı əfsanələrinə müasir Türklərin həyatındakı xüsusiyyətləri qatmışdılar və bu da təbiidir» [16. V. Barthold. a.g.e. s.l 17.].
Kaşğarlı Mahmudun, Əfrasiyab ilə əlaqədar olaraq verdiyi məlumatlar, bu mövzunu işıqlandırmaq baxımından çox böyük əhəmiyyət daşıyır: «Barsqan, Əfrasiyabın oğlunun adıdır. Barsqan şəhəri onun tərəfindən tikilmişdir. Bu şəhər, Mahmudun atasınındır. Bəziləri deyirlər: «Uyğur Xaqanının Barsqan adında bir ilxıçısı var idi. Havası gözəl olduğuna görə, burada at yetişdirirdi. Sonra Barsgan adı buraya ad olaraq verilmiş.»[17. Kaşgarlı Mahmud, a.g.e. C.III, s. 417-418.]. Buradan Qaraxanlıların hökmdar ailəsi ilə Koçudakı Uyğur hökmdar ailəsinin eyni kökdən olduğu açıqca görülməkdədir. Qoçu (İdikut) Uyğur Dövləti dövründə yaşayan məşhur şair Ki-Ki Kursa İçku (Buddist Uyğur şairi) tərəfindən qələmə alman və 1334-cü ildə tikilmiş olan «Qoçu (İdikut) Uyğur Xaqanlığı Töhpe Abidəsi»ndəki (Bu kitabə hələ də Çinin Qan-su əyalətinə bağlı Wu-wei Rayonu muzeyində saxlanılır) məlumatlara görə, dövlətin qurucusu Bögü Kağan olub. O da, Fars efsanələrindəki Əfrasiyabın özü idi. [18. Abi Takio, Hsi Hui-ku Kııo shih te yan-chiu (Batı Uygur Devleti’nin Tarihi Üzerine incelemeler), Urumçi, 1985. s.275-295]. Moğollar və Elxanilər dövründə yetişmiş olan və əhəmiyyətli vəzifələrdə olan Fars tarixçisi Cuveyni də əsərində Uygurlardan bəhs edərkən onların Karakurum Dağından çıxan, Orhun çayı sahilində yaşayan iki Uyğur qövmünün sıxlıq olunca digər qövmlər kimi öz aralarından bir idarəçi seçərək onun arxasından Qoçu (İdikut) Uyğur dövlətinin qurucusu Buku Han ortaya çıxana qədər beş yüz il xalqı idarə etdiyini, xalqın inancına görə Buku xanın Əfrasiyabın özü olduğunu qeyd edir [19. A.M. Cüveynî, Tarih-i Cihangüşa (Çev: Mürsel Öztürk) Ankara. 1998, s. 102]. Bu məlumatlardan Qoçu (İdikut) Buddist Uyğur hökmdarlarının eynilə Qaraxanlılar hökmdarları kimi Əfrasiyab nəslindən olduğu ortaya çıxır.

Məsudi İslam coğrafiyasından olan VII əsrin kökü Əfrasiyab nəslindən türk hökmdarıdır [20. F. Köprülü, Türk Edebiyat Tarihi, İstanbul. 198 I, s. 47]. Qaraxanlılarla Qoçu (İdikut) Uyğurlarının hökmdar ailələrində ortaq olaraq gördüyümüz Əfrasiyab haqqındakı rəvayətlə əlaqədar olaraq Yapon türkoloqlarından Abi Takio, Məsudinin; «Deyilənlərə görə Qarluqların böyükləri, özlərinin bütün Türk qəbilələrinə hökmdarlıq edən xaqanların nəslindən gəldiklərini iddia edirlərmiş. Hökmdar ətrafından olan bu xaqanların içində Əfrasiyab ilə Qərb Gök Türklərin hökmdar soyu olan Chanehlər (F. Grenard burada keçən Chanehlərin Qərb Gök Türklərin hökmdar soyu olan Aşinalar olduğunu iddia edib) tapılırmış «deməkdə olduğunu, O. Pritsakın da bu fikirlərdən yola çıxaraq Islam coğrafyaçılarının əsərlərində adı keçən, «Châneh,» «Chinga,» «Zinga» «Sınqa «və» China «sözlərinin hamısının «Böri» (Qurd) mənasını verdiyini, bu səbəbdən Qarluqlar tərəfindən qurulan Qaraxanlı Dövləti hökmdarlarının Əfrasiyab nəslindən gəldiyində israr etməkdə olduğunu [21. Abi Takio. a.g.e. s. 296.] ortaya qoyduqdan sonra bu qənaətə çatmaqdadır: «Burada Məsudinin verdiyi məlumatlara baxıldıqda, o zaman, Pritsakın iddiasının mümkün ola biləcəyi aydın ola bilər. Ancaq Qarluqların Qərb Gök Türklərindən və yaxud Türgiş əlindən bu torpaqların hakimiyyətini aldıqlarında (766-cı il) orada yaşayan xalqların əcdadları haqqında rəvayətlərinə də sahib çıxmış ola biləcəyi düşünmək olar. Qarluqlann və bəzi Türk qəbilələrinin Tibetlilərlə iş birliyi edərək bağlı olduqları Orhundakı Uyğur Xaqanlığına üsyan edəndə, o dövrə aid yazılarda aydın olduğu kimi, Uyğur Xaqanlığı tərəfindən hakimiyyət altına alınaraq təkrar Doqquz Oğuz üstünlüyü təmin edildiyində, onların da (Doqquz Oğuzlar / Uyğurlar) eynilə Qərb Göktürkləri və ya Qarluqlar kimi, buradakı yerli Türk xalqlarının əcdadları ilə əlaqədar rəvayətə, yəni Əfrasiyab rəvayətinə sahib çıxmaları çox təbiidir. Bu səbəbdən Balasagunla Qaşqarı mərkəz edən Qaraxanlılar hökmdar ailəsi ilə Beşbalık və Qoçu (Turfan) mərkəz edən Qoçu (idikut) Uyğur Dövlətinin hökmdar ailəsinin eyni şəkildə öz mənşəyini Əfrasiyaba bağlaması mümkündür. Ancaq, Qarluqları Qaraxanlılar dövlətinin qurucusu olaraq göstərib, onları Əfrasiyab nəsliylə əlaqələndirmək, bir çox elm adamının qəbul etmədiyi və elmi olmayan bir yanaşmadır [22. Yuxarıdaki əsər. Göstərilən yer].

Z.V. Togan, Alp Ər Tonganın izlərini xüsusilə miladdan əvvəlki min ildə axtarmaq ilə bərabər onun dastanının miladi sıralarında məşhur olması ehtimalını də mümkün sayırdı [23. Z.V. Togan, Umumi Türk Tarihine Giriş, İstanbul. 1981 s. 68.]. Bunun səbəbi, Alp Ər Tonqa haqqındakı rəvayətlərdə, Buddizm təsirlərinin də tapılması izləri idi. Buddizm Türkistanda e.ə. II-III əsrlərdə, yəni Böyük Hun dövləti zamanı yayıldığı üçün bu mübahisəli məsələdir. Mədəniyyət və incəsənət tarixi buddist mədəniyyətinin Kuşan və Çindən türklərə gəldiyini göstərir. Mövzu ilə əlaqədar aspektdən baxsaq, Tonga onqonu və ünvanının, tədricən, Buddizm təsirləri ilə, Burxan onqonu olan Arslan şəklinə girməsi, Buxara vilayətində nisbətən erkən yer almışdır. Göktürk soyuna mənsub ilk buxara hökmdarı Türk Xaqanı Kara Çorun oğlu «İl-Arslan» ünvanı daşıyırdı. VI əsrdə Taspar Kağanın da Buddizmi mənimsəyərək Arslan ünvanını daşıdığı irəli sürülməkdədir [25. Abdülkadir İnan, Tarihte ve Bugün. Şamanizm, Ankara. 1995 s. 2.]
Şirlər və ya pələng dərilərində geyimli şəxslərin təsviri IX-XIV əsrlər arasında Türk Buddizminin mərkəzi olan Qoçu (İdikut) Uyğur Dövləti ətrafında da görürük. Turfanda olan Qoçu (İdikut) Uyğur dövlətinə aid Tonga və ya Arslan geyimi geymiş təsvirlərdən biri portret mahiyyətində, ikincisinin alp qiyafəli olduğunu görürük. Ayrıca, 1913-1914-ci illərdə Turfanda olan Qoçu (İdikut) Uyğur Dövləti dövrünə aid Köhnə Volof Çaştanı İlig Beg (Bu əsər indi Berlin Muzeyində mühafizə edilməkdədir) adlı əsərdə: «Tongalar Bəyi kimi yay gərib, bütün düşmənləri … (məğlub etdi) … Bu adamı necə məğlub edə bilərsiniz? Mən, yalnız yer üzünə hakim, çox cəsur, məlumatlı, Çaştanı İlig Bəyəm «[26. Emel Esin. “Tonga Alp-Er” Atatürk Üniversitesi Edebiyat Fakültesi Araştırma Dergisi (Erzurum) 1985. S.13, s. 146.] cümləsinə rast gəlinir. Buradan aydın olur ki, «Tonqa» sözü Qoçu (İdikut) Uyğur hökmdarları tərəfindən qəhrəmanlıq sifəti olaraq məşhur bir şəkildə istifadə edilmişdir. İlk müsəlman-türk Kağanı sifətini daşıyan Satuk Buğra Qaraxan böyük oğlunun adı Tonga İlig [27. Abdülkeyum Hoca, Dursun Eyüp. İsrafil Yusuf, Eski Uygur Yazma Yadigarlıklarından Seçmeler (Uygur Türkçe) Urumçi. 1984 s. 213-222.] (Musa) olduğuna və buna bənzər bir çox nümunəyə baxıldığında soydaş olan iki dövlətin hökmdarlarının eyni soydan olduğuna şübhə qalmaz. İslam qaynaqları, Qaraxanlılar, Qoçu (İdikut) Uyğur Dövlətinin və Səlcuqlu xanədanlarının Əfrasiyaba mənsub olduqlarını ifadə edərkən bu münasibətlə, onu tarixi və milli ənənəyə uyğun olaraq, Oğuzxan ilə birləşdirmişlər [28. R. Genç. Karahanlıların Devlet Teşkilatı, İstanbul. 1981 s.40.]. Türklərin Əfrasiyâba Alp Ər Tonqa dedikləri rəvayəti bəzi İslam qaynaqlarında «Tunga Alp» şəkli ilə keçmişdir. Orhun Kitabələrində də Tunga Tekin adında birinə matəm edildiyindən yuxarıda bəhs edilib.

Abul Qazi Bahadır Xan, XVII əsrdə yazdığı «Şecere-i Terakime» adlı əsərində Səlcuqluların padşahlığı ələ keçirmələrini izah edərkən onların rəftarını belə ifadə edir: «Səlcuqlular Türkmən olub, qardaşıq deyib elə və xalqa faydası toxunmadı. Padişah olunca, Türkmənin Kınık uruğundanıq, dedilər və padişah olduqdan sonra Əfrasiyabın bir oğlu Key Xosrovdan qaçıb, Türkmənin Kınık ulusunun içinə çatıb orada böyüyüb qalmışdır. Onlar, biz onun oğulları və Əfrasiyabın nəslindən oluruq deyib, atalarını sayıb, 35-ci göbəkdə Əfrasiyaba çatdırdılar [29.Ebülgazi Bahadır Han, Şecere-i Terûkime, (Türklerin Soy Kütüğü) Hazr: Muharrem Ergin, s.81. Ayrıca bk: Sözkonusu eserin, Abdusattar Naşiri tarafından yayına hazırlanan Uygurca Nüshası. Urumçi.2002, s.29-32.]. Əbul-Qazi Bahadır Xanın əsərindəki bu məlumatdan da Kaşğarlı Mahmudun işarə etdiyi kimi bütün Türk boylarında hökmdarlığın tanınması üçün Əfrasiyab nəslindən olması lazım olduğu inancının hakim olduğu açıqca görünür.
Bütün bu məlumatlar, İran qaynaqlarındakı əfsanəvi Turan qəhrəmanı Əfrasiyabın, Türk xalqları arasında tarixin qədim dövrlərindən günümüzə qədər yaşadılmaqda olan Alp Ər Tonqa olduğu, onun zamanla müəyyən bir Türk boyunun deyil, əksinə bir çox Türk boylarının ortaq qəhrəmanlıq simvolu olduğunu göstərir. Bununla əlaqədar olaraq Osman Turan bu nəticəni çıxarır: «Türk millətinin tarixi Uzaq-Şərqdən Dunay boylarına və Aralıq dənizi sahillərinə qədər uzanır. Bu böyük millətin istəkləri zəngin tarix və dastanlardakı xatirələrlə yaşadı. Bu tarix, İslam, Xristian və Yəhudi rəvayətlərinə görə, Nuhun nəvəsi olan dünya fatehi Oğuz Kağan dastanı ilə bəzənmişdi. Əsasən, İran milli dastanı «Şahnamə» də Türklərə geniş bir yer vermiş, əfsanəvi Türk qəhrəmanı Əfrasiyab Ceyhun çayını keçərək İranı zəbt etmiş və bu ölkədə uzun illər hökm sürmüşdür. Buna görə də, Türkistandakı kimi, İran və Azərbaycanda bəzi şəhər və qala tikilməsinə başlanılmışdır. Orta əsr İslam yazıçıları Oğuz Kağan və Afrasiyabı eyniləşdirmişdir. Necə ki Türk, İran və Ərəb mənbələri Qaraxanlılar, Qoçu (İdikut) Uyğur Dövləti və hətta Səlcuqlular dövlətinin hökmdarlarının Əfrasiyab nəslindən gəldiklərinə inandıqlarını yazmışlar» [30. Osman Turan. Selçuklular ve İslâmiyet, İstanbul, 1999. s.191.].
