3 peşəni yüksək gəlirlə və hörmətli mövqeyə qaldırın: Hərbçilər, müəllimlər və həkimlər…

Bu ölkənin bu gün 3 öldürücü problemi var. Hər kəs bundan danışır. Bu buxovlardan xilas olmasaq gələcəyə yolumuz yoxdur.


— Monooliya, klançılıq

— Rüşvət, korrupsiya

— Erməni əsillilərin Dövlətin strateji qollarına sızması.


Dəfələrlə yazmışam və təkrar edirəm ki, biznes Dövlətdən ayrılmalıdır. Çünki bu anormal adamların, nə Dövlətçi mövqqeləri, nə də biznes təxəyyülləri normal deyil. Normal ağlı olan bir məmur min ədəd mənzil alırsa, bu məmur nəinki anormaldır, belələrinin cəmiyyətdə insanlar arasında yaşaması belə təhlükəlidir. Bu gün qoca monopolistin yerinə, daha gənc monpolist, qoca rüşvətxorun yerinə, daha gənc korrupsionerin qoyulması, anası erməni olanın yerinə, nənəsi erməninin qoyulması ilə bir addım da irəli getmək artıq mümkün deyildir.

Elə ona görə də xalq arasında yeni bir aforizm yaranıb: «Korrupsionerlə korrupsionerin yerini dəyişsən, korrupsiya dəyişməz».


Biz yeniliyə can atmadıqca, inqilabi islahatlara nail ola bilməyəcəyik. Çünki bu cəmiyyətdə sadaladığım iyrəncliklər adi məişət hadisəsinə çevrilib. Adam Smit yazırdı ki, Fransada qumarbaz olmaq adi məişət hadisəsidir. Bu gün bizim faciəmiz odur ki, suallarımızı da baş-ayaq verməyə məcburuq. «Ölkədə kim rüşvət alır?» deyil, «Ölkədə rüşvət almayan varmı?», «Ölkədə hansı məmurun biznesi var?» deyil, «Ölkədə biznesi olmayan məmur varmı?» və s. kimi cavabsız suallara cavab axtarışındayıq. Özü də bu gün mental olaraq xalqa təlqin edilib ki, məmursansa, rüşvət almalı, biznes qurmalı və oğurladıqları pulları daşıyıb xarici banklara yığmalısan.

Faciə budur ki, bunu nə qanun, nə mənəviyyat, nə də dinimiz qəbul etmədiyini hər kəs yaxşı bilir. Xatırladım ki, «Bu sizindir, bu da mənə verilən hədiyyədir» deməsinə Rasulillah (s.ə.s) əsəbləşmiş və «Əgər doğru söyləyirsənsə, get, ana-atanın evində otur və bu hədiyyələr sənin evinə gəlsin, görək» (Müslim, İmare, 26-30) demiş, belə məmura ancaq rüşvət düşüncəsi ilə hədiyyə verilə biləcəyini anlatmışdı.


Həzrəti peyğəmbərimiz deyib: «Hökm vermədə rüşvət verənə və alana Allah lənət eləsin» (Tirmizi, Ahkâm, 9).

İndi isə Qolda Meir haqqında məlumat verim. Qolda Meir Kiyev doğumlu yəhudi bir qadındır və İsrailin Baş naziri olmuş tək qadındır. İsrail dövlətinin ilk pasportunu Qoldaya veriblər. 1948-ci il müstəqillik aktına imza atmış birisidir. 1956-cı ildə Qolda xarici işlər naziri təyin edilir. BMT Təhlükəsizlik Şurasının toplantısında (1960) Argentina hökuməti keçmiş gestapoçu, yəhudilərin kütləvi qırğınlarının təşkilatçısı Otto Adolf Eyxmanı bu ölkədən oğurlayıb məhkəmə qarşısına çıxaran İsraili qanun pozuculuğunda ittiham edəndə Qolda bunları deyir:


“Eyxman 6 milyon yəhudini məhv edib – Almaniyada, Fransada, Belçikada, Hollandiyada, Lüksemburqda, Polşada, SSRİ-də Macarıstanda, Yunanıstanda, İtaliyada, Çexoslovakiyada, Avstruyada, Rumıniyada, Bolqarıstanda yaşayan yəhudiləri. Onların arasından elm, incəsənət, mədəniyyət nəhəngləri yetişmişdi. O illərdə milyonlarla uşağın öldürülməsi sonrakı nəslin də məhv edilməsi deməkdir. Bu hadisənin dəhşətini və İsrail və yəhudi xalqının gələcəyinə vurduğu zərbəni kim tam olaraq təsəvvür edə bilər?”


Bu gün çox milyardlıq varidata sahiblik edənlərin Vətən müharibəsinə bir oğul tapıb göndərə bilməməsi fonunda dayanıb düşünmək zamanıdır. Bu azğınlaşmış zümrənin nümayəndələri unudurlar ki, o səngərdə şəhid olanların çoxunun bu ölkə ilə bağlayan bir uçuq daxmaları vardı. Bunu unutmayın. Əgər bunca var-dövləti idarə etməyə dövlətçilik deyilirsə, bəs İsrailin 5-ci Baş naziri olmuş Qolda Meirin hakimiyyətini necə adlandıraq? O, ölkəni qüdrətli bir ölkəyə çevirmək yolları haqqında danışarkən belə demişdi: «Əgər oğul və qızlarının qayıdıb gələcəyi bir ölkə qurmaq istəyirsinizsə, əgər bu ölkədən əhalinin yalnız tətil üçün gedəcəyini istəyirsinizsə, gələcək qorxusu keçirməyən bir ölkə qurmaq istəyirsinizsə, vur-tut iki addım atmalısınız.


1. Korrupsiya cinayətini Vətənə xəyanətlə eyniləşdirin, korrupsionerləri isə 7 arxa dönənini xain elan edin.
2. Bir də 3 peşəni yüksək gəlirlə və hörmətli mövqeyə qaldırın: Hərbçilər, müəllimlər və həkimlər»…

Qeyd: Bizdə isə hər üçünün maaşı aşağıdır. Hətta çox aşağıdıdır. Son günlər korrupsiyaya görə həbsdə olan bir məmurun oğlunu təzəlikcə vəzifəyə təyin etdiklərini də xatırladım…


Qolda Meir daha sonra deyir: «Ən başlıcası isə, işləyin,işləyin, işləyin. Çünki sizdən qeyrisi sizi qorumayacaq, yedirməyəcək, sizin ölkəniz sizdən başqa heç kimə lazım deyil. Bunlar gəlişi xoş sözlər, şüarlar deyil, həyat tərzinizə çevriləcəksə, deməli məqsədə çatmısınız»…


Biz neylədik? Biz hara gedirik? Bir ölkəni bunca aşağılamaq hansı mazoxistin düşüncə məhsuludur?

Bircə sosial fakta toxunmaq istəyirəm. Bir ölkədə Dövlət Məşğulluq Agentliyi işçilərinin sayı statistik olaraq işsizlərin sayından artıqdırsa, türklər demiş, nə əla məmləkət…

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: