Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Banqladeşin ev sahibliyi edəcəyi D-8 ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək onlayn Zirvə görüşünə qatılacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Zirvə görüşündə Dakka bəyannaməsi və D-8 ölkələrinin 10 illik yol xəritəsinin qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir.
Bu xəbəri paylaşın: