9-10 may tarixində Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbələrinin sədri Eldar Rüstəmov, təşkiların üzvləri ilə birgə tədbirlər keçirmişlər.
Öncə sədr Eldar Rüstəmov 9 may 2-ci Dünya Müharibəsi iştirakcılarından 100 yaşlı Fəryad Qurbanov, 97 yaşlı Cənnət Hüseynov və 98 yaşlı Belikov Aleksandrı ziyarət edib. Onların problemləriylə maraqlanıb.
Sonra Veteranlar Təşkilatında 2-ci Dünya Müharibəsi, Əfqanıstan müharibəsi, 1-ci Qarabağ və II Vətən müharibəsində Zəfər qazanmış Şanlı Ordumuzun Qaziləri ilə birgə görüşdə müharibədə ümumxalq qəhrəmanlığından, Ali Baş Komandanın qətiyyətindən və qazanılmış qələbələr barədə danışıldı.
Qüdrətli Ordumuzun yaradılmasında əvəzsiz xidmətləri olan Ulu Öndərimizin əziz xatirəsi anıldı və Ulu Öndərimiz Heydər Əliyevin 10 may Doğum günü qeyd edildi.
10 may günü Muzəffər ordumuzun gənc qəhramanlarından olan yaralı Azad Sultanovun dəvəti ilə ona evlərində baş çəkildi, qazılərimizlə birgə Yeni Suraxanı qəsəbəsində şəhidlərimizin məzarları ziyarət edildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovun rəhbərliyi altında dəfələrlə belə maraqlı tədbirlərə təşkilatçılıq edilib. Bu dəfə maraqlı olan ölkəmizdə yaşayan müxtəlif müharibələrin veteranlarının bir araya gəlməsidir.
Xatırladaq ki, müharibədən geri dönmüş gənclərimizin həyata adaptasiya olunmasında AVMVİB Suraxanı rayon şöbəsinin və şəxsən şöbə sədri kimi Eldar Rüstəmovun, fəaliyyətsiz komissiyalardan fərqli olaraq, müstəsna xidmətləri var. Yorulmadan bu problemin dərinləşməməsi üçün çalışmaqdadır.
Uğur diləyirik!
Elnur Səlim











