Cavad Zərif Avstriyaya səfərini buna görə ləğv etdi

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vyanaya planlaşdırılan səfərini ləğv edib.

  Buna səbəb Avstriya kansleri və ölkənin Xarici İşlər Nazirliyinin həmrəylik əlaməti olaraq İsrail bayraqlarını hökumət binasının üzərində ucaltmaq qərarı olub.   Zərif səfəri çərçivəsində avstriyalı həmkarı ilə görüşməli idi.  

Xatırladaq ki, Qəzzadan edilən hücumlar səbəbilə İsrail bayrağı Avstriya kansleri federal ofisinin üzərində həmrəylik əlaməti olaraq qaldırılıb.

  Kanslerin ofisindən sonra Avstriya Xarici İşlər Nazirliyi də İsrailin təhlükəsizliyinə güclü dəstəyini elan edərək, İsrail bayrağı qaldırıb .

Mənbə: Die Presse

Bu xəbəri paylaşın: