Heç kim unudulmur və unudulmayacaq!

Ramazan bayramı ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aprel döyüşlərinin iştirakçısı, xeyirxah yardımsevər Xəqani Cəfərov tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazi və Şəhid ailələrinə bayram sovqatları paylanmışdır.


Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Qurbanəli İslamovun və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovun iştirakı ilə ziyarət olunan ailələr göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirmişlər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bu barədə məlumat verərək bildirdi ki, Suraxanı rayonunda bu istiqamətdə görülən işlər Ali Baş Komandan cənab İlham Əliyevin göstərrişlərinə uyğun bir şəkildə həyata keçirilməkdədir. Daha bir tədbir isə rayonun Zığ qəsəbəsində keçirilmişdir.


E. Rüstəmov bildirdi ki, Suraxanı rayonunun Zığ qəsəbəsində kecirilən tədbirdə 2020 — ci il tarixdə 44 günlük Vətən müharibəsində Zəfərin qazanılmasında Şanlı ordumuzun qalibiyyətində payı olan Zığ qəsəbəsinin 31 Qəhramanının da imzaları var.

Onların əziz xatirələrinə həsr olunmuş tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q. Səfərzadə, Ziğ qəsəbəsi Bələdiyyə sədri E. Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Suraxanı rayon şöbəsinin sədri E. Rüstəmov, birliyin üzvləri E. Hüseynov, Z. Babayev, P. və R. Abdulayevlər və digərləri iştirak etmişlər.


Tədbirdə AVMVİB-nin Suraxanı rayon şöbəsi,Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zığ qəsəbə Bələdiyyəsi tərəfindən qəhraman oğullarımıza qurbanlar kəsilmiş, AVMVİB-nin üzvlük vəsiqələri, döş nişanları və FƏXRİ FƏRMANLAR təqdim edimişdir.


Tədbirdə Ali Baş Komandanımız İlham Əliyevə mınnətdarlıq bildirilmiş, Qazanılmış Qələbənin əhəmiyyətindən danışılmış, əziz şəhidlərimiz yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Suraxanı rayonunda İcra Hakimiyyətinin rəhbərliyi ilə bu istiqamətydə işlərin davam etdiriləcəyini qeyd etdi.


Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin!


Türkay Xaqan

Bu xəbəri paylaşın: