30 il bölgədəki erməni faşizminə susanların dili niyə açılıb

Sərhədlərin demarkasiyası və terrorçular haqqında qərarlar yazıb imzalamış Fransa, ABŞ və Rusiyanın (hər üçü ATƏT Minsk Qrupunun həmsədrləridir), ATƏT-in özü, hətta BMT-nin saxta erməni hay-həşirinə verdikləri reaksiya təəccüb doğurur.


Məsələyə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev münasibət bildirərək deyib: «Bəs Xocalı, Qaradağlı və s. qətliamlara illər boyu göz yuman, bunca şəhər və kəndlərin yer üzündən silinərək xarabazara çevrilməsini görməzdən gələn bu üzdəniraqlara siyasətçi demək bəşəriyyət üçün bir ayıbdır. Faşist Almaniyasına qalib gəldiyini iddia edib bayram keçirən Rusiya illərdir ki, öz köpəyi olan erməni faşizminə faşizm köpəyi olmuş Njdenin heykəlini yığışdırda bilmir. Amma bunun əvəzində sonundakı rayon bizim olan yollarımızı işğalda saxlamağa çalışır. Özü də elə Njdenin nəvələriylə və onun Tsexakronizminə uyğun bir şəkildə hərəkat planlamadadırlar.


Bunca illər içində problemə susqun yanaşan ABŞ-ın, yaxud Fransanın «erməni düdüyünə» oynaması acı təəssüf doğurur. 4 qətnaməsini illərcə heçə sayan bir Ermənistanın böhtançı haray-həşirinə BMT reaksiyası heç başa düşülən deyil. Bu qurum bir dəfə olsun öz qətnaməsinin həyata keçməməsi ilə maraqlanmadı və heç bir tədbir görmədi. Bizim ordumuz mövcud və beynəlxalq qanunlarla təsbit olunmuş sərhədlərimizin demarkasiyası ilə məşğul olur. 100 il öncə buraxdığımız səhvləri bir daha buraxmaq niyyətində olmadığımızı xalq olaraq bütün vasitələrlə bildirməyə çalışmalıyıq. Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü siyasi kursu qəbul edərək bütün sahələrdə dəstək olmağa çalışmalıyıq».


AVMVİB sədri F. Rzaquliyev bizimlə söhbətdə bildirdi ki, Azərbaycan Böyük bir gələcəyin astanasındadır. Ona görə də Azərbaycana düşmən olanlar ölkəmizi, Komandanımızı, ordumuzu və hətta qazandığımız bu böyük Zəfəri belə hədəfə almaqdan çəkinmirlər. Ancaq artıq hər kəsin kimliyi ortadadır. Qarabağın azad olunmayacağını deyən adamlar, bu gün də öz ampulasındadırlar. İndi də rusların Qarabağdakı ekspansiya siyasətini əsas götürüb, güya rus əsgərlərinin Azərbaycandan çıxarılmasından, Azərbaycanda rus qoşunlarının olmamasından dəm vururlar. Bəs Qarabağı 30 il işğalda saxlayan 45 minlik işğalçı ordunun sahibi kim idi? Yoxsa bu beyinsizlər Qarabağı Azərbaycan torpağı saymırlar? Necə deyərlər, «iti öldürənə sürütmək» şansını Allah bizə nəsib edib. Bu şansı düzgün qiymətləndirməliyik.


Müharibədən geri dönmüş müharibə iştirakçılarının günbəgün artan narazılıqları ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, bu sosial təbəqəylə bağlı AVMVİB-nin bütün şöbələrinə fəal olmağı və Dövlətimizin yanında olmağı tapşırmışıq. Birliyin Nizamnaməsinə uyğun olaraq, onları üzvlüyə qəbul edirik. İnanın ki, vəsiqələrin hazırlanması ilə bağlı borclarımız var. Döyüşçünü geri çevirmirk. Üzv olmaq istəyənlərin sayı günbəgün artır. Qazi və şəhid ailələrinə baş çəkirik. Şəhidlərimizin anım günlərini məzarları başında anmaq artıq ənənə halını alıb. Şöbələrimiz şəhidlərin xatirələrini əbədiləşdirmək istiqamətində də daxili imkanlarımız hesabına yetərincə işlər görməkdədir. Sağ olun ki, bu tədbirləri daim işıqlandırırsınız. Döyüşçülər yaxşı bilirlər ki, şəhidlər yalnız unudulanda ölə bilərlər. Kimsənin onları unutmağa haqları yoxdur. Qazilər öz həyatlarını buna həsr etdilər və Vətən müharibəsində hər cür şərtlər altında döyüşən gənclərimiz öz şücaətləri ilə bunu sübut etdilər.


AVMVİB sədri F. Rzaquliyev, geri dönmüş döyüşçülərə qarşı neqativ münasibətə yol verənlərin, nəinki vəzifə tutmaq, heç bu ölkədə yaşamaq haqqı olmamalıdır. Bu gec-tez baş verəcək. Ölkəmizin rəhbərinin dönə-dönə verdiyi göstərişlərə əməl etməyənlərin vəzifələrdə işləməsinin özü bir günah sayılmalıdır. Döyüşlərdən geri dönən gənclərimiz isə səbrli olmalıdırlar. Bunu müxtəlif görüşlərdə deyirik. Amma yaradılan komissiyalar da öz fəaliyyətlərini heç olmasa nəzərə çarpan etməlidirlər.


Elnur Səlim

Bu xəbəri paylaşın: