AVMVİB Suraxanı rayon şöbəsinin sədri: «EVDƏ necə QALım?»

Redaksiya ilə əlaqə saxlayan AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov maraqlı məqamlara toxundu. Həmçinin müharibə veteranlarının aktuallaşmaqda olan sosial problemlərini dilə gətirdi: «Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində əhaliyə müraciət edib.

Qurum öz facebook hesabında #evdəqal həştəqi ilə yeni aksiyaya start verərək insanları evdə qalmağa çağırıb.

“Siz də bu təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın” – deyə müraciətdə qeyd olunub. Ölkə rəhbəriyi, əhali və ictimaiyyət bu bəla ilə mübarizədə bu qadağalara tam dəstək verib. Bu gün şəksiz deyə bilərəm ki, respublikada ən az sosial hüquqları qorunan sosial təbəqə, məhz Qarabağda döyüşmüş insanlardır. Həm də müharibə veteranları yaş etibarıyla risk qrupuna daxildirlər. Gündəlik təsadüfi qazanclarla öz yaşayışını təmin edən veteranlar minlərcədir və bu insanların dövlətdən aldığı tək vəsait 80 manat prezident təqaüdünün ümidinə yaşayırlar. AVMVİB ən iri veteran təşkilatı kimi bu insanların şöbələrimiz üzrə 3 günə siyahısını istənilən quruma təqdim edə bilər.

Hər gün şöbə sədri kimi onlarla müraciət alırıq. Evdə qal! çağırışını biz elə ilk gündən dəstəklədik və qoşulduq. Amma bu gün müharibə veteranlarının «EVDƏ necə QALım?» sualına cavab verə bilmirik. Aidiyyatlı qurumların, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin işi qənaətbəxş deyil. Onsuz da bu qurum heç dünyanın düz vaxtında müraciətlərə baxa bilmirdi. Bu sahədə yardımçı olmağa hazırıq.»

P.S. AVMVİB Rəhbərliyi konkret təkliflərlə hökumətə müraciət etməyi planlaşdırıb. Həqiqətən də müharibə veteranlarının problemləri üzərinə bu gün bir «Evdə qal!» problemi də əlavə olunub. Bütün hallarda başqalarını yaşatmaq naminə olsa belə «Evdə qal!»-ın…

Elnur Səlim

Bu xəbəri paylaşın: