AVMVİB üzvü olan 67 yaşlı tənha veteran baxımsızlıqdan gileyləndi

AVMVİB üzvü olan, tənha yaşayan, I qrup əlil, 67 yaşlı Akif Abbasov redaksiyaya zəng edərək karantinin onun həyatında yaratdığı məhdudiyyətlərdən, psixoloji durumdan və aidiyyatlı orqanların oyunbazlığından gileyləndi.

Akif Abbasov bildirdi ki, o, Mərdəkan qəsəbəsiRamil Qasımov — 36 ünvanında tənha yaşayır (26 saylı xəstəxananın yaxınlığında). İlk gündən Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata düşmək istəsəm də bna nail ola bilməmişəm. Zəng edirsən 100-cü adam və işin sonunadək 60-cı adam olursan. Deyəsən bunların işi bizləri içəri doldurub vaxt öldürməkdən ibarətdir. Bu xidmət, könüllülər boş-boş reklamdan başqa bir şey deyil. Evdə qal! deyə çağırış etməklə iş bitmir, indi mənim kimi tənha olanlar nə etməlidirlər?

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, evdə olduqları karantin dövründə onlara nazirliyin sosial xidmət sistemində çalışan sosial xidmətçilər tərəfindən evlərində dəstək və xidmətlər göstəriləcək.

Sosial xidmətçilər hazırda ahıl (yaşı 70-i ötmüş) şəxsləri bu xidmətlərlə təmin edirlər, xüsusi karantin rejimi dövründə 65-70 yaşlı tənha vətəndaşların da evdən bayıra çıxmadan onların bu xidmətlərindən yararlanmalarına şərait yaradılır.

Belə ki, yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər.

Fedai.az

Bu xəbəri paylaşın: