Deputat və diaspor lideri Sərraf Məmmədov dəfn edildi

Rusiyanın İvanovo şəhər Dumasının deputatı, biznesmen və yerli azərbaycanlı diasporunun lideri Sərraf Məmmədov aprelin 4-nə keçən gecə 55 yaşında vəfat edib.

Fedai.az xəbər verir ki, bu barədə İvanovo şəhər rəhbərliyinin imzaladığı nekroloqda deyilir.

На изображении может находиться: 1 человек, стоит и в помещении

Bildirilir ki, Sərraf Məmmədov keçirdiyi əməliyyatdan sonra xəstəxanada vaxtsız vəfat edib. O, 1965-ci ildə Azərbaycanda, Füzuli rayonunda anadan olub. Yaroslavlda hərbi xidmət keçib və İvanovsk mühəndis-inşaat institutunda ali təhsil alıb. Burada bizneslə məşğul olub və yerli Dumaya seçilib. O, 2005-ci ildən İvanovo şəhər Dumasının deputatı idi.

Sərraf Məmmədov həm də ictimai fəaliyyətlə və xeyriyyəçiliklə məşğul olub. Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülüb. Bir çox digər mükafatlar da alıb.

Yüzlərlə soydaşımız Rusiyanın İvanovo şəhər Dumasının deputatı, biznesmen və yerli azərbaycanlı diaspor təşkilatlarının sədri, xalqımızın ləyaqətli oğlu Sərraf Məmmədovu son mənzilə yola salır.


Allah rəhmət eləsin!

На изображении может находиться: один или несколько человек, небо и на улице

____________________________________________

Xaqani Rzaquliyev və Allahverdi Dərd Hacı Məmmədova qardaşı Sərraf Məmmədovun vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Məkanı cənnət olsun!

Allah rəhmət eləsin!

На изображении может находиться: один или несколько человек и на улице
На изображении может находиться: один или несколько человек, толпа, небо, облако и на улице


Bu xəbəri paylaşın: