Birdəfəlik ödəmə əsasən işsiz olan və ya pandemiyaya görə işini itirmiş şəxslər üçündür.
Qaydalara görə, bu şəxslərə birdəfəlik yardım verilməyəcək:
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə,
- əmək pensiyaçılarına,
- aylıq müavinət alanlara,
- aylıq təqaüd alanlara,
- özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə,
- işsizlikdən sığorta ödənişi alanlara,
- peşə hazırlığına görə təqaüd alanlara,
- 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə,
- əri və ya arvadı sahibkar olanlar (aktiv VÖEN-i olan) və ya MEİS-in «Əmək müqaviləsi bildirişi» altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara,
- əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alan və ya kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə.
Qurumun qərarına görə, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən yalnız birinə — ər və ya arvada ödənilir.
Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir.
Birdəfəlik ödəmə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir və növbəti ay üçün təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 gün sonra həyata keçiriləcək.
İşsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılacaq.
