Yer üzündə 500 milyondan artıq insan pandemiyanın nəticəsi olan iqtisadi təsirlərdən yoxsulluq la üz-üzə qalacaq.
Britaniyanın Oxfam humanitar təşkilatı bu nəticəyə gəlib.
Mütəxəssislər hesab edirlər ki, hazırda baş verənlər bundan sonrakı 10 il boyu da dünyada bir çox ölkələrində insanların yoxsulluq həddinə düşməsinə səbəb olacaq. Xüsusilə Yaxın Şərq və Afrika ölkələrində isə krisiz 30 il davam edə bilər.
Pandemiyadan sonrakı dövrdə turizmin tənəzzül edəcəyi proqnozlaşdırılır. Turizm sahəsində çalışanların çox hissəsi işsizə çevriləcək.
Dünya əhalisinin tam yarısı pandemiyadan maddi zərər görəcək. Ona görə dövlətlər buna hazır olmalı və əhalinin zərər görən hissəsinin yoxsulluq həddindən də aşağı düşməməsi üçün iqtisadi-sosial tədbirlər görməlidir.
