Erməni səngəri Ağdamda yanaşı dəfn edilən bacıları bir-birindən «ayrı salıb»

Prezident İlham Əliyevin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev növbəti dəfə erməni vandallığından bəhs edib.

«Ölkə.Az» xəbər verir ki, Hikmət Hacıyev bu barədə şəxsi «Twitter» səhifəsində paylaşım edib:

«Səringül və Təyarə bacıları yan-yana dəfn edilmişdilər — həyatda olduğu kimi ölümdə də yanaşı idilər. Onların qəbir daşları erməni qüvvələrinin Ağdamdakı hərbi səngərləri ilə ayrılıb. Erməni vandalizminin mahiyyətini və miqyasını təsvir etmək üçün söz yoxdur. Qəbiristanlıqlar da qorunmur».

Bu xəbəri paylaşın: