Ermənilər Bakıya qayıtmağa hazırlaşır – Bakının cavabı NƏ OLACAQ?

Sosial şəbəkələr üzərindən və bəzi media orqanlarında son zamanlar keçmiş Bakı ermənilərinin geri dönmək istəmələri ilə bağlı postlar, yazılar paylaşılır. Nostalji dolu bu paylaşımlarda onlar Bakını dünyanın əvəzsiz şəhərlərindən biri kimi dəyərləndirilər.


Ermənistanla tam barışıq əldə olunsa, Bakı erməniləri Azərbaycandakı köhnə yerlərinə geri dönə bilərlərmi?

Bu sualla bağlı Siyasi və Hüquqi Araşdırmalar mərkəzinin rəhbəri Xəyal Bəşirovla əlaqə saxladıq:

“Ermənistana köçmüş Azərbaycan ermənilərinin geri dönməsi bir neçə halda mümkündür. Ən əsası odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və ərazi iddialarından əl çəksin. Bundan sonra hüquqi cəhətdən istənilən məsələnin həlli mümkündür”.

Ekspertin fikrincə burada ən vacib şərtlərdən biri də Ermənistan tərəfinin 1 milyondan çox soydaşımızın hüquqlarını tanımasıdır. Yəni…

“İrəvan 1 milyona yaxın azərbaycanlıya vurulmuş zərəri ödəyib, pozulmuş hüquqlarının bərpası üçün iş görəcəksə, Ermənistandan qovulmuş 300 milyondan çox soydaşımızı öz ərazisində yerləşdirməyə razı olacaqsa, Bakının da analoji addım atması mümkündür. Hüquqda çarələr çoxdur”.

Ekspert sonda xatırlatdı ki, mülki qanunvericiliyə görə, hər hansı bir daşınmaz əmlaka 30 il ərzində iddiasız, mübahisəsiz sahiblik edən şəxs ona mülkiyyət hüququ əldə edir. Konfliktin başlamasından isə 30 il keçib.(bizim.media)

Bu xəbəri paylaşın: