Bizə yazırlar…

Dəyərli Vətən Fədaisi, Qəhrəman qardaşım İslam bəy, mövqeyinizdə tam haqlısınız.


Son vaxtlar mən səhhətimdə yaranan amansız xərçəng xəstəliyi ilə əlaqədar bir sıra klinika və Dövlət qurumlarına müraciət etdim.


Burada da söylədiyiniz kimi xeyli neqativ hallarla rastlaşdım. Öncə yaxşı tərəflərini söyləyim: «Müraciət etdiyim, yeni yaranmış «YAŞAT» Fondu bizi çox yüksək səviyyədə qarşıladı və imkanları daxilində mənə lazım olan çox bahalı vaksinlərin əldə edilməsində və lazımi klinikalara yönəldilməsində çox fədakarlıq göstərdilər. O üzdən Qurumun əməkdaşları Elşad müəllimə və sona qədər yardımçımız olan Zinyət xanım Şəmiyevaya dərin təşəkkürümü bildirirəm.


Respublika Milli Onkologiya Mərkəzinin baş həkim müavini Fərəh xanıma, həkimlərdən Elmira və Aytən xanımlara, «Nüvə Təbabəti Mərkəzi»nin həkimi Mübariz bəyə dərin ehtiramımı bildirirəm.


Yasamal rayonunda yerləşən «Medikus» özəl klinikasının rəhbərliyinə və tibbi personalına da Şəhid ailələrinə göstərdikləri diqqətə görə də təşəkkür edirəm!»


Yazıda qaldırdığınız ən vacib məsələlərdən biri də «Yeni Şəhid, köhnə Şəhid» ifadəsidir ki, bu əttökən və təhqiramiz sözlərdən sonra bir sıra klinikalardan və üzdəniraq həkimlərdən iyrəndik.Tamamilə haqlısınız ki, bütün belə yaramaz hallar ölkədə aranı qarışdırmaq üçün Dövlətə və birbaşa Ali Baş Komandana qarşı yönəlib. Ölkə Prezidenti də tezliklə bu biabırçılıqlara əncam çəkməsə, şübhəsiz ki, belə bir məqamda ölkəmiz xaosa sürüklənəcək.


Sayğılarımla, şəhid atası, AVMVİB-nin fəxri üzvü Allahverdi Gündoğdu (Əliyev)

Bu xəbəri paylaşın: