TƏBRİK: POLKOVNİK Əhliman İlmazov -55
AVMVİB Rəhbərliyi, Fədai.az Kollektivi və Azərbaycan vətən müharibəsi veteranları ictimai birliyi sədrinin (avmvib) müavini palkovnik Salman Musayev” ehdiyatda olan, polkovnik Əhliman İlmazovu ad günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayır.

Polkovnik Əhliman İlmazov 07.06.1966-cı ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olub. Gürcüstan Respublikasının Rustavi şəhərində tam orta məktəbi bitirib. 1998-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Siyasi Məktəbini Sankt-Peterbruq ( Lelinqrad) şəhərində bitirib. O, İki dəfə İstanbul və Ankara şəhərində ixtisas artırma kurslarında olub.
Əhliman İlmazovun valideynləri hazırda Gürcüstanın Marneuli rayonu İlməzli kəndində yaşayırlar.
1988-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Arxangelski Vilayətində yerləşən hərbi hissələrində bölük və tabor komandirinin tərbiyə işlər üzrə müavini olub.

Polkovnik Əhliman İlmazov 1992-2020 –ci illərdə Daxili İşlər Nazirliyinin illərdə DQBİ-nin Laçın rayonunda, Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov rayonlarında ( Biləcəri, NZS və Montin qəsəbəsində ), Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə hərbi hissələrdə komandirinin müavini – qərargah rəisi və hərbi hissə komandiri, Daxili Qoşunların baş idarəsində isə döyüş hazırlıq idarəsində baş zabiti, DQB-nın inspeksiyasında isə baş inspektor vəzifələrində xidmət etmişdir. DQB-nın doyüş hazırlıq idarəsində xidmət edərkən müvəqqəti idarə rəisinin vəzifəsini idarə etmişdir. Gənc əsgərlərin qəbulu, sıraya daxil edilməsi və onların döyüş hazırlığı ilə əlaqədar bir neçə dəfə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsində toplanışın rəisi olmuşdur. Polkovnik Əhliman İlmazov Daxili Qoşunlarının Baş İdarəsinin Bakı şəhərində (Xəzər rayonunun Qala qəsəbəsində) və Hacıqabul rayonunda yerləşən hərbi hissələrdə çavuşların, kiçik mütəxəssislərin və gənc əsgərlərin tədris müddətinin buraxılışı ilə əlaqədar imtahan komissiyasının sədri, bir neçe dəfə isə Heydər Əliyev Adına Ali Hərbi Məktəb məzunlarının Buraxılışı ilə əlaqədar imtahan komissiyasının üzvü olmuşdur.
Polkovnik Əhliman İlmazov Azərbaycan Respublikasının Suverenliyi, Ərazi bütövlüyü uğrunda (Laçın, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib.
Polkovnik Əhliman İlmazov 1998-ci ilin iyul ayında Daxili Doşunlar Komandanı əvəzi Elşən Kazımovun rəhbərlik etdiyi nümayəndə heyyətinin tərkibində Türkiyə Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə tanış olmaq üçün tanışlıq zamanı döyüş hazırlığı idarəsinə aid təcrübə məlumatları toplanması və gərəkli cəhətləri öyrənmək məqsədi ilə işgüzar səfərdə olub.
Polkovnik Əhliman İlmazov Peşəkarlığı, hümanistliyı və səmərəliyi ilə seçilən, ən məhsuldar dövrünün 36 illik Şərəfli Xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarda keçirmişdir. Polkovnik Əhliman İlmazov Vətənə, Dövlətə və Xalqa Sədaqqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində rəhbər vəzifəsində xidmət edərkən, bir çox komisiyaların tərkibində olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlığı və mənəvi kefiyyəti ilə və təşkilatçılıq bacarığı ilə Daxili Qoşunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur. Əhliman İlmazov Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

Polkovnik Əhliman İlmazovun səmərəli və məqsədyönlü fəaliyyəti ölkə rəhbərliyi, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar komandanı tərəfindən həmişə qiymətləndirildiyinə görə Prezidentin, Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq fərmanına, sərancam və əmri ilə xidmətdə fərqləndiyinə görə bir sıra medallarla, döş nişanı ilə və “Fəxri Fərmanla” mükafatlandırıb.
Dərin hörmətlə, AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev
