Erməni komandir gənc zabiti döyüb

Ermənistan ordusunun hərbi hissələrindən birində tabor komandiri gənc zabiti döyüb.

Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Bildirilib ki, yeni xidmətə başlayan leytenant Armen Xaçatryan tabor komandirinin qanuna zidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb.

Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Xaçatryan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə hərbi prokurorluğa şikayət edəcəyini qeyd edib.

Bu xəbəri paylaşın: