Veteranlar millət vəkili ilə görüşüblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayonlar üzrə Milli Məclisdə kimsənin rəyinə əsaslanmayan və ciddi narazılıqlarla qarşılanan «Əlilliyin təyin edilməsi meyarları» ilə bağlı millət vəkilləri ilə görüşlərə başlayıb.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov məlumat verib. Sədr müavini V. Abdurəhmanovun verdiyi məlumata görə, bu gün Nizami rayon veteranları rayondan seçilmiş millət vəkili Könül Nurullayeva ilə görüşüblər.


Millət vəkili Könül Nurullayeva ilə görüşdə AVMVİB sədrinin müavini Qurban Osmanov və AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev də iştirak ediblər. Rəcəb Baxşıyevin təşkilatçılığı ilə baş tutan görüşdə bir sıra məsələlərə toxunulub. Ümumiyyətlə, AVMVİB Nizami rayon şöbəsinin sədri R. Baxşıyevin təşəbbüsü və təşkilatçılığı ilə belə görüşlər tez-tez keçirilir. Qarşılıqlı diskusiya şəraitində keçirilən belə tədbirlər problemlərin həllində ciddi rol oynayır.

V. Abdurəhmanov çıxış edərək, bir çox müharibə əlillərinin əlillik dərəcələrinin qeyri-qanuni şəkildə dayandırılması, cəbhədən dönmüş əsgərlərin ortada buraxılması kimi problemlərə toxunub. Bildirib ki, əlilliyi bir dəqiqə içində dayaran bu komandanın yarıtmaz fəaliyyəti sayəsində bərpa olunmasına aylarla vaxt gedir. Faktiki olaraq mina, minamyot və hətta güllə yarası alan şəxslər faktiki olasraq yaralanma kontuziya alırlar. Edilən şikayətlərin əksəriyyəti kontuziya ilə bağlı həkim komissiyasının həkimlikdən başqa hər şeyi bilən mütəxəssisi faktiki olaraq öz iştirakıyla müharibə iştirakçılarını təhqir eləyir. Bu ölkə adına biyabırçılıqdı.

Yaxud cəbhədən geri dönmüş şəxslərlə bağlı komissiya yaradılıb. Bu komissiyanın özü bəlkə də niyə yaradıldığını bilmir. Bu günədək narazılığın qarşısını almaq üçün 20 minlik bir kontingenti döyüş qeydlərinə və daxili Nizamnaməmizə uyğun olaraq təşkilata üzv qəbul etmişik. Heç bir vəsait olmadan hər bir vəsiqənin hazırlanmasına azı 5 manat xərclənsə də, onları pulsuz qəbul edib izahat işləri aparırıq. Amma komissiyadan bir səs yoxdur. Əldə etdiyimiz məlumatlar isə ciddi narazılıq yaradacaq planların hazırlanması barədədir. Yayılan ilkin məlumtlara görə, medal alanlara müharibə iştirakçısı statusu veriləcək. Amma bəri başdan bildiririk ki, əlimizdəki faktlar bu sahədə ciddi pozuntuların olmasını təsdiqləyir. Yaxud da hərbi komissatlıq əməkdaşlarına medaallar verilib. Belə çıxır ki, səngərdə medalsız döyüşənlər deyil, arxada «varlı-kasıb» seçimiylə məşğul olanlar «müharibə iştirakçıları»dır?

V. Abdurəhmanov bildirdi ki, bu nüanslar və müharibə veteranlarını narahat edən digər məsələlər baradə millət vəkilinə məlumat verdik. Bu məsələlərin parlamentin plenar iclaslarında qaldırılmasında yardımçı olmasını xahiş etdik.


Vahid Abdurəhmanov qeyd etdi ki, xanım millət vəkili K. Nurullayevanın onları diqqətə dinləməsini alqışlayır. Millət vəkili bizim şikayətlərimizi aidiyyatlı qurumlara çatdıracağına inanır. K. Nurullayeva, dövlətimizin və ölkə rəhbərinin bu sosial təbəqəyə daim qayğı göstərdiyini və diqqətlə yanaşdığını vurğuladı.

AVMVİB sədrinin müavini Qurban Osmanov bildirdi ki, döyüşdən qayıtmış gənclərimizə qarşı biganəlik və müharibə əlillərinin əlillik dərəcələrinin əsassız olaraq ləğv edilməsi cəmiyyətdə ciddi narazılıq yaradıb. Öz oğlum da 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Yəni bu problemi kənardan deyil öz həyatımda izləyirəm. Ümumiyyətlə, döyüşənlərin böyük əksəriyyəti bizim övladlarımız və yaxınlarımızdır. Hətta belə olmasa da biz onları tək qoya bilməzdik. Yaradılan komissiya heç bir iş görmür. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi onları süründürməklə məşğuldur. TƏBİB də eyni dəsti-xətti yürüdür. Buna son qoymaq lazımdır. Bu adamlar ən azı qanunla cəzalandırılmalıdırlar. Millət vəkillərindən xahiş edirik ki, bu problemlərlə bağlı qaldırılan məsələlərdə daim fəal olsunlar.

Millət vəkili Könül Nurullayeva bildirib ki, seçildiyi ərazidə daim bu qəbildən olan insanları dinləyir və onların problemlərinin həllində öz köməyimi əsirgəməyib. Görüşdə qaldırılan məsələlər barədə aidiyyatlı qurumlara məlumat verməyə çalışacağını qeyd edib. Veteranların, müharibə əlillərinin və şəhid ailələrinin problemləri daim diqqətdə olduğunu vurğulayıb.


Problem ciddidir və bunu həll etmək lazımdır. Aparılan işlər və görülən tədbirlər əks effektli və şübhəli tədbirlərdir. Bunu kimlər və nə üçün sifariş verməsi araşdırılmalıdır. Biz veteranlar daim olduğu kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafındayıq və kimsənin bu birliyə xələl gətirməsinə yol vermərik.

Görüşün sonunda millət vəkili K. Nurullayeva AVMVİB-nin Fəxri fərmanıyla və Xatirə medalıyla təltif olundu və xatirə şəkilləri çəkdirildi.


Nurlan Məmmədli

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •