Biləsuvarda “Qələbə şəhidləri” adlı kitabın II cildinin təqdimatı keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.
Təqdimat mərasimi iştirakçıları şəhid Ziyəddin Ariz oğlu Xanəliyevin ailəsinə baş çəkiblər. Kitabda şəhid Ziyəddin Xanəliyevin qəhrəmanlığına da yer verilib. Mərasimdə AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Q. Qurbanov çıxış edərək şəhidlərimizin əziz xatirələrinin daim uca tutulmasının vacibliyindən danışıb və görülən bu örnək işi təqdir etdiyini söyləyib.
Tədbirdə rayon veteranları, əhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, “Qələbə şəhidləri” kitabının artıq II cildi «Aran uşaqların sağlam gələcəyi» İctimai Birliyinin sponsorluğu ilə nəşr olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim





