Veteranlar Ordu Gününü qeyd edirlər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB), veteranların iştirakıyla «Azərkitab» təbliğat mərkəzində 26 İyun Ordu Gününə həsr olunmuş tədbir keçirildi.


Ordumuzun 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər haqqında danışıldı. Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu barədə fikirlər səsləndirildi. Bu Ordunun var olmasında iştirak etmiş döyüşçülər Zəfər müjdəli 103-cü ildönümü haqqında öygülər söylədilər.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB rayon və şəhər şöbələrinin üzvləri, vətənpərvər şairə Nəsibə İsrafilqızı, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Respublika Şəhid ailələrinə «Qayğı» cəmiyyətinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev, Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, millət vəkili Musa Qasımov, Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Rahilə Bəndəliyeva ictimaiyyət nümayəndələri iştirak edirdilər. Gənc döyüşçülər Fəxri fərmanla təltif edildilər. Yadda qalan təltiflərdən biri də İsraildən olan yaşlı qadın vəfat edən ərinin gözünü bağışladığı qazi Arif Hacıyev də Fəxri fərmanla təltif edilib.

Xatırladaq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) birgə tədbir keçirmələri artıq ənənə halını alıb.

Ordu Gününüz mübarək!

Elnur Səlim

Bu xəbəri paylaşın: