Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi rəhbərliyinin və veteranlarının iştirakıyla Xidmət Sahələri üzrə Dövlət Peşə Təhsili Mərkəzində 26 İyun Ordu Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədr müavini, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov məlumat verib.
Tədbirdə çıxış edənlər- Təlim tərbiyə işləri üzrə direktor müavini Xuraman Zeynalova, Mərkəzin Hərbi hazırlıq üzrə müəllimi Səid Abuləliyev, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov, Ordumuzun 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı Zəfərdən söz açdılar. Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu barədə fikirlər səsləndirildi. Ordumuzun keçdiyi qəhrəmanlıqlarla dolu olan yolu xatırlandı.
Mərkəzdə təhsil alan yeniyetmələr də Ordumuzun yaranması günüylə bağlı öz fikirlərini bildirdilər.
Azərbaycan Ordusuna eşq olsun!
Nurlan Məmmədli






